SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rektorla Milli Qəhrəman davası böyüdü: mühafizə rəisi Politika.Az-a nələr dedi? - Özəl

13-01-2017, 15:13 | Oxunub: 8 221 |

Rektorla Milli Qəhrəman davası böyüdü: mühafizə rəisi Politika.Az-a nələr dedi? - Özəl

“Mən ona dedim ki, əgər şəxsiyyət vəsiqəsi yoxdursa, sizi içəri buraxa bilmərik”

Bu sözləri Politika.Az-a Bakı Slavyan Universitetinin (BSU) mühafizə xidmətinin rəisi Ramil Şükürlü Milli Qəhrəman Məhəmməd Həsənovun universitetə buraxılmamasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, M.Həsənov mühafizə xidmətinə heç bir sənəd təqdim etməyib:

“O dedi ki, Goranboydan gəlmişəm, bu universiteti bitirmişəm. Mənə icazə verin, keçim içəri şəkillərə baxım, universiteti gəzim. Biz də dedik ki, universitetdə hazırda imtahan gedir, bura gəzinti yeri deyil.

O isə içəri keçməkdə israr etdi. Dedik ki, sizə dərs demiş müəllimlərdən birinin adını deyin, çağıraq, sizi qarşılasın. Sonra ondan şəxsiyyət vəsiqəsi tələb etdim, dedi ki yoxumdur.

Dedim ki, şəxsiyyət vəsiqəsi yoxdursa, sizi içəri buraxa bilmərik. Heç 15 dəqiqə keçməmiş saytlar yazdı, guya ona burada hörmətsizlik olub. O bizə özü haqda heç bir məlumat vermədi. Demədi mən milli qəhrəmanam, vətən uğrunda döyüşmüşəm, burada lövhədə şəklim var”.

R.Şükürlü Politika.Az-a deyib ki, mühafizə xidməti olaraq universitet rəhbərliyinə də məruzə etməyiblər: “Sadəcə, təsərrüfat şöbəsinə məlumat verdim. Onlar da dedi ki, imtahan vaxtıdır, əgər tanıdığı adam varsa, deyin, içəri buraxsın. Ona görə də biz onu içəri buraxa bilmədik”.

R.Şükürlünün sözlərinə görə, universitet rəhbərliyinin Milli Qəhrəmanın gəlişindən xəbəri olmayıb: “Bu hadisə ilə bağlı ictimaiyyətə səhv fikir formalaşıb. Nə rektorun, nə də prorektorun burada günahı var.

Orada mühafizə olub, bizə müraciət edib. Biz də tanımadığımıza görə buraxmamışıq. Özünü təqdim etsəydi, desəydi ki, mən milli qəhrəmanam, sənədini göstərsəydi, biz onu içəri buraxardıq.

Heç kimin onun gəlişindən xəbəri yox idi. Hamı iş başında idi, imtahan gedirdi. Gün ərzində 4-5 min adamın tələbə bileti yoxlanılır.

Həm də o vaxt çox basırıq idi, hər kəslə bir-bir maraqlanmağa vaxt olmur. Mən özüm də döyüş bölgəsində xidmət etmişəm, müharibə veteranıyam, onu yaxşı başa düşürəm.

Amma o da bilməlidir ki, bizim işimiz universitetin təhlükəsizliyini təmin etməkdir. Hər kəsi yoxlamaq, sorğu-sual etmək bizim vəzifəmizdir.

Özü də biz orada müqavilə əsasında işləyirik, universitet rəhbərliyindən asılılığımız yoxdur. əgər kimsə fikirləşir ki, bu barədə bizə universitet rəhbərliyi tapşırıq verib, yanılır”.

Xatırladaq ki, Məhəmməd Həsənov mətbuata açıqlamasında universitet rəhbərliyinin ona qarşı hörmətsizlik etdiyini deyib. Hadisədən sonra rektor Nurlana Əliyeva milli qəhrəmanı universitetə dəvət etsə də, sonuncu bu təklifi qəbul etməyib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR