SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik”

18-04-2017, 12:42 | Oxunub: 13 111 |

“Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kişiləri internet üzərindən qızlar vasitəsilə görüşə çağıran, orada isə hədələyərək pulunu almaqda təqsirləndirilən dəstə üzvlərinin - İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo-nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən İ.Meybullayev qismən, A.Məmmədov tam təqsirli, A.Musayeva, R.Xəlilov, E.Balakişiyev və R.Rəhimli isə özlərini təqsirsiz bildiklərini deyiblər.
“Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik”
Zərərçəkən Sakit Qurbanov sərbəst ifadə verərək işsiz olduğunu deyib: "Mən Elxan Abbasovla ora getmişdim. İki qız Elmlər Akademiyası metrosunun yanında bizə vizitkart verdi. Elxan dedi, gedək. Getdik, bizi orada qızlar qarşıladı, biri də Arifə idi. Bununla başqa bir qız bizi masaya dəvət etdi. Biz heç nə sifariş etmədik. Arifə dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik. Qızlar gedəndən sonra hesabı gətirdilər, 154 manat, dedim heç nə içməmişik. Cibimdə 161 manat var idi. Qışqırdılar ki, pulu çıxart qoy stolun üstünə. Elxan dedi, gedim bankomatdan pulu çıxarıb gəlirəm, ordakı iki nəfərlə getdi, amma gəlmədi. Məndən pulu burdakılardan 3-ü aldı. Mən epilepsiya xəstəsiyəm, dedim ürəyim sıxılır, icazə verin çölə çıxım, dövrəyə alıb buraxmadılar. İsmayıl məni hədələyib hesabı verməyimi tələb etdi. Rəhim yaxamdan yapışıb məni ayağa qaldırdı, İsmayıl pulu cibimdən götürdü. Sonra dedilər çıx get. Mən ordan çıxandan sonra Elxan zəng vurub dedi ki, 39-cu bölmədəyəm, bura gəl".

S.Qurbanov şikayətçi olmadığını və ruhi əsəb xəstəsi olduğunu deyib.

Digər zərərçəkən Əliş Rəhimli ifadə verərək deyib ki, "Facebook"da Nərminə Nəbiyeva ilə tanış olub: “Profilində yazmışdı ki, masaj edir. Mən də ona mesaj yazıb nömrəsini aldım. Zəng edib danışdıq, dedi İçərişəhərdə oluruq. Mən də dostum Eldənizlə getdim. Xanımlar bizi qarşıladı, masaya keçib oturduq, qızlara iki viski gətirdilər. Bir az sonra onlar durub getdi. Sonra barmen Elnur gəldi, dedi hesab 150 manat edir. Mən də heç nə içmədiyimi və pul verməyəcəyimi dedim. Barmen getdi, sonra Asiman, Rakif, İsmayıl gəldi. Dedilər qızla gəlib içki içməlisən, pulunu verməlisən. Gördüm, dava düşəcək, 50 manat çıxarıb dedim 45-i sizin, 5 manat da mənim yol pulum. Sonra Eldənizdən də pul tələb etdilər, dedim o, qonaqdı, dəyməyin. O da pul vermək istəmədi. Bunlar dostumu başqa otağa apardılar, amma orda da pulu verməmişdi. Sonra mən ona dedim ki, verməsən dava düşəcək. Eldəniz də çıxarıb 50 manat verdi, dedi qalan 50 manatla həkimə gedəcəm. Hər ikimizdən pulu İsmayıl aldı”.

Məhkəmə prosesi aprelin 24-də davam etdiriləcək.

Proses davam edir.
“Qız dedi ki, stolu hazırlayaq, sizi masaj edəcəyik”
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR