17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Devalvasiya ARDNF-dən büdcəyə transfertləri azaltmağa imkan verib” – Palata
2015-ci ilin dövlət büdcəsinin icrası və 2016-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının rəylərində 2015-ci ildə ölkənin valyuta ehtiyatlarının zəruri həcmdə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank (AMB) tərəfindən manatın 2015-ci ilin fevral və dekabr aylarında tətbiq edilən devalvasiyanı və məzənnə rejiminin dəyişdirildiyini nəzərə alaraq AMB-nin balansında olan xarici valyutanın yenidən qiymətləndirilməsi nəticəsində əhəmiyyətli dərəcədə mənfəətlik yaranması ehtimalı vurğulanıb.
Bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.
Nəzərdə tutulmuş dəyişikliklər hesabına dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan (ARDNF) transfertin xüsusi çəkisi 2016-cı ilin icra göstəricisi ilə müqayisədə 6,6%, 2017-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 0,6% azalacaq ki, bu da müsbət meyl kimi qiymətləndirilməlidir.
Emtv.az