SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

2 qurum üzrə müvafiq xərclər icra olunmayıb – Hesablama Palatası

30-05-2017, 14:28 | Oxunub: 8 611 |

2 qurum üzrə müvafiq xərclər icra olunmayıb – Hesablama Palatası
Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata dair hazırladığı rəydə 2016-cı ildə büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərclərinin 305,0 mln. manata qarşı 239,0 mln. manat məbləğində və ya 78,4% səviyyəsində icra edildiyi göstərilib, qeyd olunub ki, bu göstərici 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 37,2 mln. manat və ya 18,4% çoxdur.

Palatadan verilən məlumata görə, büdcədənkənar xərclərin funksional təsnifat üzrə strukturuna nəzər saldıqda, 2015-ci il dövlət büdcəsində olduğu kimi, büdcədənkənar xərclər üzrə ən yüksək icra səviyyəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi (96,3%), ən aşağı icra səviyyəsinin isə “Müdafiə” bölməsi üzrə (41,8%) müşahidə olunduğu vurğulanıb.
Xüsusi çəki göstəricisinə gəldikdə isə qeyd edilib ki, daha yüksək xüsusi çəki “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” və “Ümumi dövlət xidmətləri” bölmələrinə aid olub.

2015-ci ilin icra göstəriciləri ilə müqayisədə funksional təsnifatın 7 bölməsi üzrə büdcədənkənar xərclər artıb, 1 bölməsi üzrə azalıb. Əsas artım (24,3 mln. manat və ya 49,5%) “Ümumi dövlət xidmətləri” bölməsi, azalma (1,3 mln. manat və 8,6%) isə “Təhsil” bölməsi üzrə olub.

Büdcədənkənar xərclər üzrə məlumatların inzibati təsnifat üzrə təhlili göstərir ki, Vergilər Nazirliyi üzrə büdcədənkənar xərclərin icrası dövlət büdcəsinin ümumi büdcədənkənar xərclərinin icrasında ən yüksək (23,5%) xüsusi çəkiyə malik olub, hesabat ilində müvafiq xərclər 56 199,7 min manat məbləğində icra edilib ki, bu da planlaşdırılmış xərclərin 97,1%-ni təşkil edib. Rəydə büdcədənkənar xərclərdə nəzərəçarpacaq xüsusi çəkiyə malik olan digər qurumlar sırasında isə Təhsil Nazirliyi (4,3%), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (3,6%) qeyd edilib.

Rəydə o da qeyd olunub ki, 2 qurum (Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və Müəllif Hüquqları Agentliyi) üzrə müvafiq xərclər nəzərdə tutulsa da, hesabat ilində icra olunmayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR