17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Məktəblərdə pul nə üçün yığılır? – Təhsil Nazirliyi cavab verir…
Bir vaxtlar orta məktəblərdə yazı taxtaları üzərində tapşırıqlar icra olunarkən tabaşirlərdən istifadə olunurdu. Lakin texnologiya təkmilləşdikcə, məktəblərdəki ləvazimatlar da funksiyasını yenilməyə başladı. Söhbət tabaşirləri əvəzləyən markerlərdən gedir. O markerlərdən ki, yazı yazarkən nə müəllimin, nə də şagirdin əli çirklənir.
Hazırda bütün məktəblər markerlərlə təmin olunubmu? Həmçinin, markerlər məktəblərə pulsuz olaraq verilir?
Emtv.az-ın məlumatına görə, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov modern.az- a açıqlamasında markerlərin müvafiq qaydada məktəblərə çatdırıldığını söyləyib: “Ölkə ərazisində yerləşən bütün məktəblərə həm marker, həm də tabaşirlər müvafiq qaydada təqdim olunur. Bu zaman nə müəllimlərdən, nə də şagirdlərdən hansısa formada pul yığılır. Müvafiq qaydada təsərrüfat xərcləri kimi hər bir məktəbə lazımi ləvazimatlar verilir və məktəbin tələbatı ödənilir”.
Emtv.az