18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Təhsil Nazirliyinin adından sui-istifadə edirlər
Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan şirkətlərlə bağlı vətəndaşlara xəbardarlıq edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovu verdiyi məlumata görə, son vaxtlar bəzi xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər bir sıra televiziya və radio kanallarının reklam elanlarında, saytların bildirişlərində xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanəti ilə bağlı yanlış məlumatlar yerləşdirirlər:
“Bu cür yanaşma şirkətlərin öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə və insanları aldatmaq vasitəsidir. Diplomların tanınması(nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir.
Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir.İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”.
Emtv.az