SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

YALTAQLIĞIN QADAĞAN OLUNMASI TƏKLİF EDİLDİ - “Həmin adamlar özlərini kişi saymır?”

30-06-2017, 13:30 | Oxunub: 8 573 |

YALTAQLIĞIN QADAĞAN OLUNMASI TƏKLİF EDİLDİ - “Həmin adamlar özlərini kişi saymır?”
“Azərbaycanda deputatlara yaltaqlıq qadağan olunmalıdır”.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib.

Özbəkistanda bu addımın atıldığını xatırladan deputat Azərbaycanda da bu qadağanın tətbiq olunması təklifini irəli sürüb. O, təkcə deputatlara deyil, məmurlara da belə qadağa tətbiq olunmasını istəyib.

Qüdrət Həsənquliyevin bəzi fikirləri iclasda gülüşə səbəb olub. Q.Həsənquliyev deyib ki, deputat yaltaq olmamalıdır: “Eşitmişəm ki, Özbəkistanda qanunla yaltaqlıq qadağan edilir. Mən təklif edirəm ki, bizdə də bu məsələ əlavə olunsun. Bizdə bəzi adamlar söyləyir ki, Azərbaycanda yalnız bir kişi var və sairə. İndi həmin adamlar özlərini kişi saymır? Ancaq bu cür fikir söyləyənlər yaltaqlıq edirlər. Belə adamlar düşünmür ki, sabah onların övladları da ona sual verə bilərlər ki, ata bəs sən kişi deyilsən? Hesab edirəm ki, bu yaltaqlığın bir nümunəsidir və bu cür məmurlar dərhal cəzalandırılmalıdır”.

Spiker Oqtay Əsədovun Q. Həsənquliyeva cavabı belə olub: “Səni anlayıram, bilirəm ki, ürəyin doludur. Amma yaltaqlığın bir dərəcəsini göstər, biz də məsələyə baxaq”.

Daha sonra sözügedən qanun layihəsi səs qoyularaq ikinci, üçüncü oxunuşda qəbul edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR