SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Həmin ifadəni işgəncə və təzyiq altında verdim”- AYGÜN BƏYLƏRİN QARDAŞI

29-06-2017, 14:34 | Oxunub: 7 299 |

“Həmin ifadəni işgəncə və təzyiq altında verdim”- AYGÜN BƏYLƏRİN QARDAŞI
İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Cavid Hüseynovun sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmir Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Emtv.az-ın xəbərinə görə prosesdə A.Hümmətov ifadə verib. O, təqsirləndirilən şəxslərdən Elnur Əsirovla internet klub işlətdiyini, R.Əsirovla isə uşaqlıqdan dost olduğunu bildirib: “Elmir Alxazov internet kluba gəlib, narkotik əkməyə təklif etdi. Biz də razılaşdıq”.

A.Hümmətov qətl hadisəsi baş verən gün haqda danışan zaman bildirib ki, Elmir ona zəng edib, bağa gəlməsini istəyib:

“Maşınla gələndə Fuad və Elmiri də götürdüm. Bağa girəndə isə ortalıqda Elnurun ağa bükülmüş meyitini gördüm. Bu hadisəyə görə pis oldum. Elnur qohumum olduğu üçün orada qala bilmədim, sonra evə getdim. Hadisənin səhərisi günü onun meyitinin bağda basdırılması və bu barədə heç kəsə məlumat verilməməsi ilə bağlı məsləhət görüldü”.

A.Hümmətov ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Bildirib ki, həmin ifadəni işgəncə və təzyiq altında verib: “Elnurun qətlə yetirilməsindən, kimin tərəfindən öldürülməsindən xəbərim olmayıb. Narkotiki şəxsi istifadə etmək üçün əkmişdik. Həbs olunmağımdan qorxduğum üçün polisə qətl hadisəsi barədə məlumat vermədim. Qətlin baş verməsini görməmişəm, lakin meyiti görmüşəm. Meyiti ortalıqda görəndə özümü pis hiss elədim. Onlara əmim nəvəsini nəyə görə öldürdüklərini soruşdum. Ölən də qohum idi, öldürən də. Buna görə çıxılmaz vəziyyətdə qaldım, heç kəsə heç nə demədim”.

Prosesdə digər təqsirləndirilən R.Əsirov da dindirilib. O, narkotik vasitələr əkilən evdə mərhum Elnur Hümmətovla birlikdə mühafizəçi qaldıqlarını vurğulayıb: “Hadisə baş verən günü onun birlikdə yeyib-içdik. Sonra Elnur dedi ki, onun yanına qız qonaq gələcək. Buna etiraz etdim. Amma o, əhəmiyyət vermədi. Qız evə gəlsə də, onu evə buraxmadım. Qız geri qayıtdı. Evə gələndə hər ikimiz sərxoş idik. Bu zaman Elnur mənimlə mübahisə etdi, üstümə hücum çəkdi. Mən də onu itələdim. O, yerə yıxıldı, ağzından qan gəldi. Onu itələsəm də, tərpənmədi. Buna görə də Elnurun öldüyünü bildim. Əvvəlcə onu bükdüm, basdırmaq istəsəm də, ona gücüm çatmadı. Bu səbəbdən səhəri gözlədim. Səhər açılanda Elmirə zəng elədim, təcili bağa gəlməsinim söylədim. Bir qədər sonra Elmir, Fuad və Abbas bağa gəldilər. Orada Abbas meyiti görəndə pis oldu və evlərinə getdi. Biz isə onun meyitini həyətdəki quyuda basdırdıq”.

Proses iyulun 6-da davam edəcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR