17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hacıbala Abutalıbov üçün Ziya Məmmədov ssenarisi işə düşdü: Mer gedir... - Təfərrüat
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun aqibətini yaşamaqdadır; Bakı meri sabiq nazir kimi getdikcə səlahiyyətlərinin itirir...
Emtv.az-ın xəbərinə görə, meriyanın səlahiyyətlərinin azaldılması və əlindən alınması hakimiyyətin başladığı islahatların tərkib hissəsidir.
BŞİH-də gedən proseslərin davamı olaraq H.Abutalıbovun da Z.Məmmədov kimi vəzifəsindən uzaqlaşdırılacağı proqnoz olunur. Amma meriyanın strukturunda da dəyişiklik gözlənir.
Belə ki, BŞİH-nin səlahiyyətlərinin Prezident Administrasiyasına verilməsi istisna edilmir. Abutalıbov isə daha bir gəlirli sahəyə nəzarəti itirib.
İyunun 20-də prezident İlham Əliyevin fərmanı ilə Dövlət Reklam Agentliyinin yaradılmasından sonra BŞİH-in bu sahədəki səlahiyyətləri alınıb. İllərdir ki, BŞİH-in strukturunda Reklam və İnformasiya İdarəsi adlı bir qurum fəaliyyət göstərir.
Reklam və İnformasiya İdarəsi qanunvericiliklə küçə reklam daşıyıcılarına aid edilmiş reklamların yerləşdirilməsinə icazələrin veril
məsini təmin edir.
Gerçək olan hər ay milyonlar qazanılan reklam bazarı idi ki, BŞİH illərdir bu gəlirli sahənin şəriksiz sahibi hesab olunurdu.
Emtv.az-ın xəbərinə görə, ölkədə reklam bazarının illik dövriyyəsi 100-150 milyon manata yaxındır.
Bu məbləğin yarıdan çoxu isə məhz çoxlarının adi lövhə kimi gördüyü Bakının küçə reklamının - billboardların payına düşür.
Bəzi mənbələr iddia edir ki, Abutalıbovun rəhbərlik etdiyi meriya bu reklam biznesindən rəsmi olaraq illik 50 milyon manatdan çox gəlir əldə edir.
Mediada illərdir Abutalıbovun tənqid hədəfinə çevrilməsinin əsas səbəblərindən biri də bu gəlirli sahəyə nəzarət, daha doğrusu, nəzarətsizlik idi.
Xeyli müddətdir ki, Abutalıbov da sabiq nəqliyyat naziri Ziya Məmmədov nümunəsində olduğu kimi, nəzarət sahələrini itirməkdədir.
Əvvəl nəqliyyat və yolların təmir-tikintisindən uzaqlaşdırılan mer bir müddət əvvəl parkinqlərə nəzarəti də itirdi. Bununla da Abutalıbov bir çox ciddi gəlir qaynaqlarından faktiki məhrum edilib.
Ekspertlərdən biri qəzetə deyib ki, Abutalıbov Bakıdakı pul axın xətlərini elə qarışdırıb ki, onları ancaq bu cür açmaq olar.
Emtv.az