17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BAKI ƏYLƏNCƏ MƏRKƏZİ SÖKÜLÜR! – Abutalıbov 1 həftə vaxt verdi
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.
Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.
Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur. Abutalıbova bildirilib ki, İ.Xəlilov məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət edəcək.
BƏM-in baş administratoru faktı təsdiqləyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki fəaliyyətini davam etdirir.
Emtv.az