17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Bunu mətbuata Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev bildirib.
O deyib ki, müraciətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq: "Milli Şura mitinqlərin bazar günü keçirilməsini istəyir. Bu, hüquqi baxımdan da qanunidir. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görüşdə bildirdi ki, bazar günü mitinqlərin keçirilməsi məqsədəuyğun deyil. Aprelin 9-na təyin etdiyimiz mitinqi ayın 8-nə keçirdi. Biz də bununla bağlı məhkəməyə müraciət etmişik. Biz bundan başqa, mitinq keçirilməsi üçün təkcə Yasamal rayonunda yerləşən "Məhsul" stadionunun deyil, digər yerlərin də ayrılmasını tələb edirik. Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı cavabını gözləyirik".
O.Gülalıyev qeyd edib ki, mitinqlərin keçirilməsi həmişə gündəmdədir: "Hazırda da mitinqlə bağlı müzakirələr gedir. Hesab edirik ki, mitinqlərdə geniş xalq kütlələri iştirak etməlidir. Ölkədəki ictimai-siyasi vəziyyətə uyğun olaraq mitinqlər keçiriləcək".
Emtv.az