SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Abutalıbovdan sonra gələcək BŞİH rəhbəri nəyi və necə dəyişəcək?

24-06-2017, 10:55 | Oxunub: 10 571 |

Abutalıbovdan sonra gələcək BŞİH rəhbəri nəyi və necə dəyişəcək?
Ekspert: “Təkcə merin dəyişməsi ilə vəziyyəti düzəltmək mümkün deyil”


Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun kreslosu yavaş-yavaş laxlayır. İllərdir Bakıya başçılıq edən Abutalıbovun nəzarət etdiyi sahələr bir-bir əlindən çıxır. Doğrudur, dəfələrlə onun vəzifədən azad ediləcəyi ilə bağlı mətbuatda yazılar dərc olunub. Ancaq bu dəfə vəziyyət başqadır və Dövlət Reklam Agentliyinin yaradılması ilə reklam sahəsindən gələn milyonların Abutalıbovun kurasiyasından çıxması da bunun göstəricisidir.


Lakin bir məsələ də var ki, Abutalıbovun yerinə vəzifəyə təyin ediləcək şəxs merin illərdir dolaşığa saldığı məsələləri necə həll edəcək?


Mövzu ilə bağlı mətbuata danışan ekspert Fərhad Mehdiyev bildirib ki, təkcə Hacıbala Abutalıbovun dəyişməsi ilə vəziyyəti düzəltmək mümkün deyil: “Əslində ilk növbədə digər icra başçıları dəyişdirilməlidir. Çünki Abutalıbov Bakı şəhərində bütün məsələləri həll edən tək şəxs deyil. Bir çox rayonlar var ki, ora heç də yaxşı idarə olunmur. Baxırsan ki, yaşayış kvartalından əsas yola çıxmaq üçün cəmi bir dar yol qoyulur. Qalan hər yer satılır və hündürmərtəbəli binalar tikilir. Bu səhvdən gələcək nəsillər də çox böyük əziyyət çəkəcəklər. İcra hakimiyyətində memarlıq şöbəsi var və onların da bu məsələdə rolu böyükdü. Ancaq bütün hallarda icra başçısı da ona təqdim olunan işlərə baxır, öz tapşırıqlarını verir. Ona görə də ilk növbədə bu insanın menecment sahəsində ən azı nəzəri bilikləri olmalıdır. Hacıbala Abutalıbovun fəaliyyətinə diqqət etdikdə, onun bu biliklərdən məhrum olduğunu görmüş olarıq. İkinci bir məsələ isə ictimai xidmətlərin təqdim edilməsidir. Halbuki şəhər icra hakimiyyətlərinin gördüyü əsas funksiya məhz budur. Bunun təmin edilməsində öndə gələn meyarlardan biri effektivlikdir. Effektivlik dedikdə, verilən xidmətin mümkün olduğu qədər sərfəli qiymətlə, ən əlverişli keyfiyyətlə verilməsidir. Biz demirik ki, çox ucuz və keyfiyyətsiz olsun.

Xeyr, keyfiyyət dünya standartına uyğun olmalı, qiyməti isə çox baha başa gəlməməlidir. Bunu təmin etmək üçün isə bir sıra yollardan istifadə edilir. Birincisi, ictimai xidmətin verilməsində dövlət özü rol almamalıdır. Yəni dövlət həmin xidməti özü təqdim etməməlidir. Ona görə ki, dövlət hər zaman bir xidməti baha və keyfiyyətsiz verir. Çünki rəqabət yoxdur. Halbuki müəyyən xidmətin verilməsini bazara açanda siz bunu tenderlə verirsiniz. İnsanlar da pul qazanmaq üçün rəqabətə uyğun olaraq həmin xidməti daha ucuz və keyfiyyətli verməyə hazır olur. Bütün müasir dünyada bu sistem belə təqdim olunur. Bəzi xidmətlər var ki, dövlət onları strateji xidmətlər olması səbəbindən özü verməyə məcbur qalır. Məsələn, su tədarükünü dövlət özü verməlidir. Ona görə ki, xüsusi tədarükçü bunu baha verir. Dövlət bunu özü verəndə çalışmalıdır ki, bazarda olan xüsusi sektoru da bu işə qatsın”.



Ekspert bildirib ki, Abutalıbov dönəmində bütün bunların heç birini Bakıda görməmişik və görmürük: "Mərhum prezident Heydər Əliyevin zamanında yollar asfaltlanan zaman bunu “Azəryolservis” (hazırkı “Azəravtoyol” ASC) etmirdi. Bunu hansısa kompaniya edirdi və onlar da üzərlərinə konkret müddətlik zəmanət götürürdülər ki, yol xarab olarsa, özləri düzəldəcəklər. Bu gün ən əsas məsələ yol təmiri məsələsidir. Yolları da neçəyə düzəldirlərsə, bu da şəffaf deyil. Ona görə də əgər şəhər meri, rayon icra başçısı dəyişdiriləcəksə, mütləq bu vəzifəyə müvafiq ixtisasartırma kursundan keçmiş insanlar gətirilməlidir. Yaxud da dəyişmirlərsə, o zaman bu adamları işlədikləri müddətdə müvafiq kurslara göndərmək lazımdır. Onlar öyrənsinlər ki, ictimai xidmətlər necə verilməlidir ki, yüksək effektivlik əldə oluna bilsin. Almaniyadan bir mütəxəssis gətirsinlər, pilot layihə kimi bəzi yerlərdə onları maaşla işlətsinlər. Görmək lazımdır ki, bu adamlar həmin rayonda nələr edirlər. Əgər yaxşı bir təcrübə olsa, həmin mütəxəssisləri gətirib, başqa şəhərlərdə də işlətmək lazımdır ki, yaranmış düyünləri çözsünlər".


Ekspert mer seçkiləri məsələsinə də toxunub:


“Mer seçilməsi məsələsi demokratik yanaşmadan doğur. Demokratik yanaşma bunu tələb edir ki, xalqa xidmət edən orqanlar mümkün olduğu qədər seçki ilə gəlsinlər. Ona görə ”mümkün olduğu qədər" ifadəsini işlətdim ki, bəzən bu, mümkün olmur. Məsələn, hakim də əslində ədalət mühakiməsi xidmətini təmin edən bir şəxsdir. Ancaq bir çox ölkələrdə hakimləri xalq seçmir. Çünki onların peşədə yetişməsi və sairə kimi məqamlar var. Amerikada isə bəzi əyalətlərdə hətta hakim də seçilir. Merə gəldikdə isə bir çox yerlərdə merlər həqiqətən də seçilir. Prezidentimiz də deyib ki, məmurların vəzifəsi xalqa xidmət etməkdir. Yəni dövlətin icrasında mərkəzdə yer alan obyekt xalqın razılığı, rifahıdır. Kim kimin qarşısında məsuliyyət daşıyırsa, onun gözünə girməyə çalışır. Əgər mən təyinatla vəzifəyə gəlirəmsə, məni təyin edənin gözünə girməyə çalışıb, onun üçün işləyirəm. Lakin məni xalq seçirsə, seçki zamanında xalqa vədlər verirəm, növbəti dəfə seçilmək üçün də bu vədlərin hamısını yerinə yetirib, xalqa xoş gələn başqa təklifləri verirəm. Məsələn, hazırda Novxanıda ana yol bağlıdır, müəyyən qədər getməyə məcbur olduğumuz ara yollar isə çox bərbad vəziyyətdədir. Ağlabatan dərəcədə alternativ yol bəlli deyil və yoldakı təmirin nə zaman bitəcəyi də bilinmir. Halbuki Binəqədinin icra başçısı seçilsəydi, xalqın qarşısında məsuliyyət hiss etsəydi, bunlara diqqət edərdi. Çünki bunlar baş verdiyi təqdirdə xalq ikinci dəfə o adamı seçməyəcəkdi. Bax, əsas məsələ budur".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR