SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikada baramaçılığın əvvəlki şöhrətini özünə qaytarmaq üçün hər cür şərait var

29-06-2017, 14:15 | Oxunub: 9 806 |

Muxtar respublikada baramaçılığın əvvəlki şöhrətini özünə qaytarmaq üçün hər cür şərait var
Baramaçılıq qədim tarixə malik gəlirli təsərrüfat sahələrindən biridir. Arxeoloji qazıntılar bu sahənin eramızdan 5 min il əvvəl mövcud olduğunu deməyə əsas verir. Bugünkü dünya iqtisadi böhranı fonunda ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər bu qədim və gəlirli təsərrüfat sahəsinin də aktuallığını artırıb.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsində aqrar istiqamətin prioritet sahəsi olan və regionların sosial-iqtisadi inkişafında önəmli yer tutan ipəkçiliyin inkişafı əhəmiyyətli tədbirlərdən biri kimi xüsusi diqqət mərkəzindədir. Bundan başqa, “Azərbaycan Respublikasında İpəkçiliyin İnkişaf Konsepsiyası” layihəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafı prioritet vəzifə olaraq müəyyən edilib. Konsepsiyada Naxçıvan Muxtar Respublikasında ipəkçilik məhsullarının istehsalının və emalının inkişafının dəstəklənməsinin davam etdirilməsi nəzərdə tutulub.

Muxtar respublikanın baramaçılığın inkişafındakı mühüm rolu “Naxçıvan tarixi”nin ikinci cildində öz əksini tapıb. Burada qeyd olunub ki, ipəkçilik Naxçıvanın kənd təsərrüfatında vacib sahələrdən biri idi. Bölgədə ipəkçiliyin əsas mərkəzi Ordubad sayılırdı. Ordubad əyaləti İrəvan quberniyasında birinci yerdə dururdu. XIX əsrin 70-90-cı illərində bu əyalətin 46 kəndində ipəkçiliklə məşğul olurdular ki, bunların da arasında Ordubad şəhəri, Aşağı və Yuxarı Əylis, Aza, Çənnəb, Vənənd, Əndəmic, Dırnıs, Gənzə, Dəstə, Biləv kəndləri daha çox fərqlənirdi. Göstərilən 46 kəndin 41-də isə bilavasitə barama istehsalı ilə məşğul olurdular. İpəkçiliyin inkişaf etdirilməsində, əsasən, üç təsərrüfat sahəsi – tut bağları, barama istehsalı və ipəkəyirmə bir-biri ilə vəhdət təşkil edirdi. 1850-ci ildə Ordubad dairəsinin Aşağı Əylis, Dəstə, Biləv, Çənnəb və Ordubad ərazilərində 70 pud 20 girvənkə xam ipək hazırlanmışdı. 1862-ci ilin məlumatına görə, bu ərazilərdən 20 min puda qədər barama hasil edilmişdi... 1885-ci ildə Tiflisdə general-adyutant A.M.Dondukov – Korsakovun iştirakı ilə keçirilən ipəkçilik sərgisində 10 yaxşı ipək məhsulu nümayiş etdirilmiş, ən layiqlilər, o cümlədən Ordubad ipəkçiləri də mükafatlandırılmışdı. 1870-ci ildə Ordubadda 931 pud barama istehsal olunmuşdusa, bu rəqəm 1900-cü ildə 5 min 400 puda çatdırılmışdı. Barama istehsalı başlıca olaraq müxtəlif iri sahibkarların (Məşədi Nəsir, Kazım bəy Əsgərxanov, Kərbəlayi Bağır və sair) əlində cəmləşdiyi üçün onlar kənd burjuaziyası kimi formalaşaraq, nəinki mərkəzi Rusiyanın iri toxuculuq sənaye müəssisələri ilə, habelə İtaliya, Fransa, Avstriya-Macarıstan kimi Avropa dövlətləri, eləcə də Yaponiya, Rəşt, Xorasan kimi ipəkçilik sahəsində şöhrət tapmış iri dövlət və şəhərlərlə geniş ticarət əlaqələri yaratmışdılar.

Bir qədər də barama toxumu haqqında. Bununla bağlı uzun illər Ordubad barama toxumu zavodunun direktoru işləmiş Tofiq Qənbərovla həmsöhbət olduq. O bildirdi ki, Ordubadda əvvəllər barama toxumu evlərdə qadınlar tərəfindən primitiv qaydada yetişdirilirdi. Onlar yetişdirdikləri toxumdan özləri istifadə edirdilər. İqtisadi cəhətdən xeyirli olduğu üçün baramaçılığa maraq getdikcə artırdı. Təbii ki, bu da çoxlu toxum tələb edirdi. XX əsrin 20-ci illərinin sonlarında, təxminən 1926-1927-ci illərdə Ordubad şəhərində kiçik bir otaqda barama toxumu istehsalına başlanıldı. 1932-ci ildə barama toxumu zavodu inşa olundu.

Vaxtilə baramaçılıqla məşğul olan Elmira Babayeva deyir ki, baramaçılıq ən gəlirli təsərrüfat sahəsidir. Bir üstünlüyü də ondadır ki, barama ən geci 35-40 günə hasilə gəlir. Bu da ilin digər vaxtlarında başqa təsərrüfat sahələri ilə məşğul olmağa imkan verir. Bu gün muxtar respublikada baramaçılıqla məşğul olmaq üçün hərtərəfli imkan var. Neçə illərdir ki, keçirilən iməciliklər dövründə əkinəyararsız torpaqlarda, pay torpaqlarının mərzlərində, yol kənarlarında əkilən tut ağacları baramaçılıq üçün xammaldır. Yaxşı haldır ki, muxtar respublikada əkilən tut sortları içərisində “Xanlar tut”, “Firudin tut”, “Əmin tut”, “Sıxgöz tut”, “Zərif tut” növləri üstünlük təşkil edir. Elə sovet dönəmindən qalma tutluq sahələri də az deyil. Belə sahələrə Ordubad, Babək, Şərur rayonlarının ərazilərində rast gəlmək mümkündür. Həmin sahələr pay torpaqları kimi əhaliyə verilsə də, insanlar bir vaxtlar onlara xeyli gəlir gətirən tut ağaclarına dəyməyiblər. Bu ünvanlardakı tut ağacları da yuxarıda dediyimiz qiymətli sortlardandır. Bu isə baramaçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün başlıca amillərdən biridir.

Hər sahədə olduğu kimi, aqrar bölmədə də uğurla həyata keçirilən islahatlar muxtar respublikada sürətli sosial-iqtisadi yüksəlişdən xəbər verir. Ötən əsrin 90-cı illərinin burulğanında, bir növ, dağılıb gedən, unudulan, yaddan çıxan ənənəvi təsərrüfat sahələri bu gün tədricən bərpa olunur. Belə sahələrdən biri də ipəkçiliyin əsası sayılan baramaçılıqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunmuş 2012-2015-ci və 2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində təkcə 2016-cı ilin payız iməcilikləri dövründə Naxçıvan-Ordubad magistral yolunun Düylün yol ayrıcında 4 hektar sahədə yeni tut bağı salınıb. Bu, baramaçılığın inkişafına öz töhfəsini verəcək.

Bununla bərabər, Ali Məclis Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da baramaçılığın inkişaf etdirilməsi nəzərdə tutulub və bu da muxtar respublikada tezliklə baramaçılığın əvvəlki şöhrətinin özünə qaytarılacağına inam yaradır.

Muxtar respublikada baramaçılığın əvvəlki şöhrətini özünə qaytarmaq üçün hər cür şərait var


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR