SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

3-05-2017, 12:39 | Oxunub: 10 233 |

Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
İqtisadi baxımdan çox sərfəli sayılan arıçılıq gəlirli, qida və müalicəvi əhəmiyyəti baxımından çox faydalı təsərrüfat sahəsidir. Kənd təsərrüfatının başqa istiqamətləri ilə müqayisədə, bu sahəyə daha az xərc çəkməklə qısa müddət ərzində məhsul əldə etmək mümkündür.

Muxtar respublikada arıçılıq təsərrüfatlarının inkişafı, arıçılıq məhsullarının istehsalının artımı və ixrac potensialının gücləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Arıçılığın inkişaf etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqramda qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

Muxtar respublikada bu sahə ilə məşğul olan sahibkarlara verilən güzəştli kreditlər arıçılıq məhsullarının ixracına əlverişli şərait yaradır. Son illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən arıçılıqla məşğul olan 102 sahibkarlıq subyektinə 727 min manat həcmində kreditlər verilib, balın emalı və qablaşdırılması ilə məşğul olan 5 istehsal müəssisəsi yaradılıb.

Ötən müddət ərzində muxtar respublikada dövlət maliyyə dəstəyi ilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Ordubad rayonunun Üstüpü kəndində Fikrət Abdullayev və Babək rayonunun Zeynəddin kəndində Ceyhun Həsənov tərəfindən balın emalı və qablaşdırılması sahələri yaradılıb. Bu ilin birinci rübündə Culfa rayonunun Qızılca kəndində dövlət maliyyə dəstəyi ilə İlqar Hüseynov tərəfindən mövcud 15 arı ailəsindən ibarət təsərrüfatın genişləndirilərək 80 arı ailəsinə çatdırılması və Şahbuz rayonunun Sələsüz kəndində özəl investisiya qoyuluşu hesabına Etibar Məmmədov tərəfindən gücü saatda 40 kiloqram olan mum vərəqi istehsalı sahəsinin yaradılması davam etdirilib.

Arıçılıq məhsulu olan çiçək tozunun tədarükü və qablaşdırılması, ana arı yetişdirmə təsərrüfatının və arı ailələri üçün qış yemlənməsində istifadə olunan vitaminli qida istehsalı sahələrinin yaradılması istiqamətində layihələr hazırlanıb, iqtisadi səmərəliliyi araşdırılıb və iri arıçılıq təsərrüfatları ilə layihələrin təqdimatı keçirilib. Bundan başqa, arıçılıq təsərrüfatlarında istifadə olunan arıçılıq ləvazimatlarının, arı yeşiyi, çərçivə, körük, arıçı geyim forması və əlcək istehsalı sahələrinin yaradılması istiqamətində sahibkarlar arasında maarifləndirmə tədbirləri aparılıb, dövlət maliyyə dəstəyi çərçivəsində yeni layihələr təklif edilib.
Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün yaradılmış “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində pilot layihənin tətbiqi və qrant vəsaitlərinin cəlb edilməsi məqsədilə iqtisadi-texniki əsaslandırmanın hazırlanması istiqamətində tədbirlər davam etdirilir.


Bu gün muxtar respublikada arıçıların əsas problemlərindən biri də məhsulların qablaşdırılması ilə bağlıdır. Arıçılıq məhsullarının ixracı və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən qablaşdırma çox önəmli rola malikdir. Arıçılıq təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 175 təsərrüfatdan 4.431 kiloqram bal məhsulu tədarük edilib.
Bu ilin mart ayında İran İslam Respublikasının Urmiya şəhərində keçirilmiş sərgidə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qablaşdırılmış bal məhsullarının sərgisi, tanıdılması və satışı həyata keçirilib, həmçinin belə məhsulların Bakı şəhərində satışının təşkil olunması istiqamətində tədbirlər davam etdirilir.

Muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən muxtar respublikada istehsal olunan bal məhsullarının 22 halda səyyari və 2 halda laboratoriya təhlilləri aparılıb, nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” yerli və ənənəvi arı cinslərinin yetişdirilməsinə, arı ailələrindən yüksək məhsul götürülməsinə, xəstəliklərə qarşı vaxtında mübarizə aparılmasına, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, arıçılıq məhsullarının ixracına şərait yaradır. Proqramın icrası nəticəsində bu sahədə daha böyük uğurlar qazanılacaq, yerli və ənənəvi arı cins­ləri yetişdiriləcək, məhsul istehsalı artırılacaqdır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR