SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Keçmiş MTN polkovnikinin məhkəməsində DTX əməkdaşı ifadə verib

23-06-2017, 14:04 | Oxunub: 9 490 |

Keçmiş MTN polkovnikinin məhkəməsində DTX əməkdaşı ifadə verib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Emtv.az-ın report-a istinadən məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı Elxan Mikayılov ifadə verib.


O, zərərçəkmiş Vidadi Əzizovun saxlanılması ilə bağlı əməliyyat tədbirlərində iştirak etmədiyini söyləyib: “2012-ci ilin aprelində ümumu şöbənin rəisi Aydın Manafov məndən çanta istədi. Mən də həmin çantanı ona verdim. Sonradan həmin çantanı geri qaytarıblar”.

Hakim qeyd edib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasımda kəskin ziddiyyət var. Məhkəmədə E.Mikayılovun ibtidai istintaqa verdiyi ifadəsini elan olunub. O, ibtidai istintaqda dindirilərkən söyləyib ki, 2012-ci ilin aprelində Vidadi Əzizovun həbs edilməsi üçün keçirilən əməliyyatdan xəbəri olmayıb: “Əməliyyatı 2-ci şöbənin rəisi Mirəziz Əsgərov və digərləri keçirib. Nazir işindən çıxanda dəhlizdə Mirəziz Əsgərovla rastlaşdıq. O, inspeksiyadan gəldiyini, Vidadi Əzizovun şikayət etdiyini, şikayətdə onun adının hallandığını dedi. Bu zaman yadıma düşdü ki, həmin əməliyyat zamanı Aydın Manafova çanta vermişəm. Bunu da ona bildirdim”.

Şahid E.Mikayılov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib: “Həmin hadisələrdən 4 il müddət keçib, dəqiq xatırlamıram”.
Zərərçəkmiş V.Əzizov bildirib ki, ona verilən pul sellafon torbada olub. O, torbanı özünün götürmədyini qeyd edib: “MTN-də maşının baqajına qoydular”.


M.Əsgərov isə pulun idmançı çantasında olduğunu, onu zərərçəkmişin özünün apardığını ifadə edib: “Yoxlamadan gələndə Elxan müəllimlə rastlaşdıq. Ona Vidadi Əzizovun şikayət etdiyini söylədim. Elxan müəllim işin bitib-bitmədiyini soruşdu. Bu zaman o, çanta söhbətini yada saldı. Dedi ki, “nə məsələ olduğunu bilən bilir, daha səndən niyə şikayət edirlər?”.
Elxan müəllimə bu məsələni idarə rəisi olmuş Aydın Manafovun yanında açmağını söylədim. Bu söhbətdən yarım saat sonra Aydın Manafovun otağında olduq. Məsələni orada da danışdıq”.

Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR