SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Nazirlə kadrının arasındakı nüfuz savaşında Natiq Əmirov qalib gəldi

22-06-2017, 14:50 | Oxunub: 15 981 |

Nazirlə kadrının arasındakı nüfuz savaşında Natiq Əmirov qalib gəldi
Son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələrilə işdən ayrılması prosesi kütləvi hal alıb

Emtv.az yerli mətbuata istinadla xəbər verir ki, artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılır.

Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar. Ancaq istənilən halda, bu müddət iyulun 1-dək başa çatmalıdır.

Üst-üstə 800 nəfərədək təcrübəli mütəxəssisin nazirlikdən getməsinin səbəbləri isə əsasən maddi təminatla bağlıdır.

Mənbə bildirir ki, uzun illər “paket sisteminə” öyrəşən kiçik və orta ranqlı vergi məmurlarının əksəriyyətinin aylıq gəliri 3-5 min manatdan başlayaraq, hətta 10 minlərlə manata qədər çatırdı.


Lakin son zamanlar məlum səbəblərdən paketlər “balacalaşıb” və bir çox departamentlərdə ümumiyyətlə ləğv edilib.

Yerli mətbuat özəl mənbəyə istinadla xəbər verir ki, vergilər naziri Fazil Məmmədov növbəti “vurulacaq” kadr olduğu deyilir. Vergilər naziri Fazil Məmmədov keçmiş 1-ci müavini, prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova məğlub oldu.

Nazirlə kadrının arasındakı nüfuz savaşından ikincisi qalib çıxdı. Prezident köməkçisi vəzifəsini indiyə qədər heç bir nazir müavini yüksələ bilməmişdi.

Bu, F.Məmmədova qarşı sarsıdıcı zərbə idi. Nazirin sabiq müavininə yenilməsi təkcə Əmirovun prezidentin islahatçı komandasında təmsil olunması ilə müşayiət edilmirdi.

Eyni zamanda vitse-prezidentlik postu uğrunda mübarizədə də F.Məmmədov N.Əmirov önündə geri çəkilməli oldu. Vergilər naziri ölkə rəhbərliyinin yanında etimadını kifayət qədər itirib.

Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi.

Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır.


Bu, naziri istefaya yollamaqdan daha ağır qərar idi. Nazirin əl-qolunun bağlanması, rüşvət yığımı imkanlarının məhdudlaşdırılması ona istefa getmək qədər böyük zərbə idi.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR