SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“AKULALAR” VERGİLƏR NAZİRLİYİNİ TƏRK EDİR! - İstefa ərizəsi yazanların sayı 800 nəfərə çatıb!

21-06-2017, 11:38 | Oxunub: 7 030 |

“AKULALAR” VERGİLƏR NAZİRLİYİNİ TƏRK EDİR! - İstefa ərizəsi yazanların sayı 800 nəfərə çatıb!
Son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələrilə işdən ayrılması prosesi kütləvi hal alıb. Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, nazirliyə yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılır. Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar. Ancaq istənilən halda, bu müddət iyulun 1-dək başa çatmalıdır.

Üst-üstə 800 nəfərədək təcrübəli mütəxəssisin nazirlikdən getməsinin səbəbləri isə əsasən maddi təminatla bağlıdır. Mənbə bildirir ki, uzun illər “paket sisteminə” öyrəşən kiçik və orta ranqlı vergi məmurlarının əksəriyyətinin aylıq gəliri 3-5 min manatdan başlayaraq, hətta 10 minlərlə manata qədər çatırdı. Lakin son zamanlar məlum səbəblərdən paketlər “balacalaşıb” və bir çox departamentlərdə ümumiyyətlə ləğv edilib. İndi bu əməkdaşların əksəriyyətinin əmək haqqı 1000 manat civarındadır. Belə “qəpik-quruşa” öyrəşməyən təcrübəli vergiyığanlar isə səhərdən axşama qədər “müftə” işləmək həvəsində deyillər.

“AKULALAR” VERGİLƏR NAZİRLİYİNİ TƏRK EDİR! - İstefa ərizəsi yazanların sayı 800 nəfərə çatıb!

Digər tərəfdən, nisbətən yaşlı və təcrübəli kadrların kütləvi şəkildə nazirlikdən getməsinin səbəbi yeni pensiya qanunudur. Artıq iyulun 1-dən qüvvəyə minəcək yeni qanuna görə, onlar yalnız 25 il staja malik olandan sonra pensiyaya çıxa biləcəklər. Hansı ki, köhnə qanunda bu müddət 15 ildir və pensiya məbləği əmək haqqının 80 faizi olaraq hesablanır. Bu isə kifayət qədər yüksək pensiya təminatı və “qulaq dincliyi” deməkdir… Belə ki, artıq 15 il staj toplamış və kifayət qədər təmin olunmuş vergi əməkdaşının pensiyası ilə rəsmi maaşı arsında 150-200 manat fərq olur ki, əksəriyyətinin öz biznesi, obyektləri və digər gəlirləri olan bu şəxslər üçün də həmin məbləğ heç bir əhəmiyyət kəsb etmir. Nəzərə alsaq ki, Azərbaycanda pensiya qanunu tez-tez dəyişir və bu dəyişikliklər heç zaman pensiyaçıların marağına xidmət etmir, onda vaxtında ərizə yazıb işdən getməkdən yaxşı variant qalmır.

Təəssüf ki, bir çox hallarda sahibkarların qəniminə çevrilən və bəzilərinin “akula” adlandırdıqları təcrübəli işçilərin nazirlikdən getməsi ciddi kadr probleminə səbəb olmaqdadır. Kifayət qədər geniş biliklər və təcrübə tələb edən bu sahəyə gənclərin gəlməsi şəffaflıq baxımından müsbət hal kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, onların savadlı və bacarıqlı kadra çevrilməsi illər tələb edir. Bu isə nazirliyin işində axsamalara və boşluqlara səbəb olur.

Digər tərəfdən, heç kəs təminat verə bilməz ki, yeni gələnlər də yaxın müddətdə öz sələflərinin mənfi xüsusiyyətlərinə yiyələnməyəcəklər və nazirlikdəki ab-hava, orada yüksək vəzifələr tutanların fantastik maddi imkanları gəncləri də nə yolla olursa-olsun varlanmaq həvəsinə salmayacaq…

Və sahibkarlar yenə yağışdan çıxıb, yağmura düşməyəcək!

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR