SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Hökumət nəhəng borc yükünün altına öz çiyinini elə verib ki..."

22-06-2017, 14:20 | Oxunub: 5 640 |

"Hökumət nəhəng borc yükünün altına öz çiyinini elə verib ki..."
Hökumət 2017-ci ilin büdcəsini dəyişməyə hazırlaşır. Dəyişiklik nəticəsində büdcənin xərcləri 1 mlrd. manat artacaq və nəticədə nəzərdə tutulan büdcə defisiti 2 dəfədən çox genişlənəcək

İqtisadçı ekspert Rövşən Ağayev deyib ki, xərclərin artması 1 səbəbdən baş veri o da dövlət borclarının və dövlət şirkətlərinin öhdəliklərinin büdcə hesabına qarşılanmasıdır. Onun firkincə, parlamentdən verilən açıqlamadan görünür ki, artan xərclər SOCAR-ın layihələrinə və Əmanətlərin Sığortalanması Fondunun ehtiyaclarına yönəldiləcək:

"Xəbərdən o da ayıdın olur ki, 2017-ci il üzrə xarici borclanma limitinin yuxarı həddi 9 dəfə artırılaraq 500 mln. manatdan 4.5 mlrd. manata çatdırılır. Buna səbəb avrobondların emissiyası vasitəsilə Beynəlxalq Bankın xarici borclarının dövlətin üzərinə transfer edilməsidi. Verilən xəbərə görə, 2017-ci ilin büdcə dəyişikliyi nəticəsində artan gəlirlərin bir hissəsi məhz Mərkəzi Bankın mənfəəti hesabına olacaq. Yeri gəlmişkən, büdcə qanunvericiliyinə edilən son dəyişikliyə görə, Mərkəzi Bankın mənfəətindən kapital ehtiyatı yaradıandan sonra artıq qalan hissə dövlət büdcəsinə köçürülməli və yalnız dövlət borclarının qaytarılmasına yönəldilməlidir.

Mərkəzi Bank haqqında qanunun 10-cu maddəsinə görə Bankın nizamnamə kapitalı 500 mln. manatdır və illik mənfəətdən bu məbləğdən az olmayaraq kapital ehtiyatı formalaşdırılır, yerdə qalan hissəsi isə borcların ödənilməsi məqsədilə büdcəyə transfer edilir. Məlumat üçün deyim ki, 2016-cı ilin sonuna Mərkəzi Bankın kapital ehtiyatı formalaşdırıldıqdan sonra mənfəətinin həcmi 4.3 mlrd. manata yaxın olub.

Göründüyü kimi, hökumət səmərəsiz dövlət sektorunun nəhəng borc yükünün altına öz çiyinini elə verib ki, hətta artıq Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifasəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib. Son 2 ilin büdcə siyasəti göstərir ki, hökumət neft dövründə islahat aparmadığı dövlət sektorunun ağır problemlərini postneft dövründə büdcənin xərc prioritetlərində önə çıxarıb. Ağır sosial-demoqrafik problemləri olan ölkədə büdcənin xərc strukturunda sosial xərclərə belə xərclərin şərik çıxması çox qaranlıq gələcək vəd edir".


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR