SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda piyada və dağ turizminin inkişafı üçün geniş imkanlar mövcuddur

20-06-2017, 13:34 | Oxunub: 8 058 |

Naxçıvanda piyada və dağ turizminin inkişafı üçün geniş imkanlar mövcuddur
Naxçıvan Muxtar Respublikası özünəməxsus coğrafi zənginliklərə malikdir. Onun əzəmətli təbiəti, nadir landşaft tipləri, ayrı-ayrı guşələrinin təkrarolunmaz gözəlliyi turizmin müxtəlif növlərinin inkişafı üçün geniş imkanlar açır.

Son 20 ildən artıq bir dövrdə muxtar respublika təbiətinin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər bu qədim Azərbaycan diyarının daha da gözəlləşməsinə, təbiətinin zənginləşməsinə, flora və fauna növlərinin sürətlə artmasına gətirib çıxarıb.

Görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasının ümumi ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət ərazisinə çevrilib. Təbii ki, muxtar respublikanın coğrafi ərazilərinin böyük bir hissəsini dağlıq və dağətəyi ərazilər, nisbətən düzəngahlar təşkil edir. Bu ərazilərdə yüzlərlə təbiət abidələrinin, mineral bulaqların, tarixi tikililər və arxeoloji obyektlərin olduğunu nəzərə alsaq, ərazini müxtəlif turizm növlərinin inkişafı üçün ideal məkan saymaq olar. Xüsusilə son dövrlərdə dünyada piyada turizminin inkişaf etdirilməsi üçün müxtəlif ölkələrin təqdim etdiyi yeni layihələr muxtar respublikamızın tanıdılması baxımından əvəz­olunmaz imkanlar ortaya çıxarır.

İldən-ilə daha çox nüfuz qazanan piyada turizmi insanın psixo­emosional və fiziki aləminə ahəngdar şəkildə təsir göstərir, onda dözüm, iradə, nizam-intizam, komandada işləmək bacarığı kimi müsbət keyfiyyətlər yaradır. Piyada turizmi həm də qeyri-formal ünsiyyət forması kimi çıxış edir. Bu turizm növü ilə məşğul olan insan ətraf mühitlə birgə yaşayış qaydalarına, turizm texnikasının vərdişlərinə yiyələnir. O, piyada yürüşlərdə təbiətə qayğı ilə yanaşmağı, ekstremal situasiyaların öhdəsindən gəlməyi, zərərçəkənlərə ilk tibbi yardım göstərməyi öyrənir. Muxtar respublikamızda coğrafi şəraitin müxtəlifliyi turizmin piyada, o cümlədən macəra növünə marağı artırır. Bu baxımdan paytaxt Naxçıvan şəhərindən muxtar respublikamızın istənilən bölgəsinə piyada turizminə maraq göstərənlər üçün müxtəlif marşrutlar hazırlayıb təqdim etmək mümkündür.

Piyada turizminin maraqlı tərəflərindən biri də odur ki, yerli və əcnəbi turistlər hərəkət etdikləri marşrut boyu muxtar respublikanın təbiəti ilə birbaşa təmasda olur, flora və faunasını öyrənir, tarixi və mədəni abidələrlə daha yaxından tanış olmaq imkanı əldə edirlər. Necə deyərlər, bu turizm növü insanlara hansısa obyekti əllə göstərməklə yox, yaxından görməklə təqdim etmək imkanı verir.
Naxçıvanda piyada və dağ turizminin inkişafı üçün geniş imkanlar mövcuddur
Turizmin bu növünə daha yaxın hesab edilən sektorlardan biri də dağ turizmidir. Dağ turizmi dünyada dağlıq ərazilərdə turizmin inkişaf etdirilməsi üçün təklif olunan istiqamətlərdən biridir. Dağ turizminin alpinizmlə fərqli cəhətlərindən biri odur ki, turistlər alpinistlərdən fərqli olaraq hər hansı dağ zirvəsini fəth etməyi qarşılarına məqsəd qoymurlar. Onlar üçün dağlıq ərazilərə gəzinti xarakterli səyahətlər, çətin yol şərtlərinə dözümlülük, səyyar çadırlarda gecələmək daha çox ön planda olur. Bu turizm növünün inkişafında da dağ turist düşərgələrində təlim keçmiş fiziki, nəzəri və praktik cəhətdən hazır olan kadrların hazırlanmasına ehtiyac var.

Ekstremal turizmin bir növü kimi, dağ turizmi özündə müəyyən risk və təhlükələr daşısa da, nəticə etibarilə, bu, bir çoxları üçün əsrarəngiz istirahət deməkdir. Onu da xatırlatmaq lazımdır ki, Kiçik Qafqaz dağları əhatəsində olan Naxçıvan Muxtar Respublikası turistlər üçün bu gün regionda ən maraqlı coğrafi ərazilərdən biridir. Mövzu ilə əlaqəli olduğundan onu da qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən Transqafqaz Piyada Turizmi Assosiasiyası ötən ildən Cənubi Qafqaz ölkələrini birləşdirəcək piyada turizm şəbəkəsinin yaradılması ilə bağlı yeni layihə həyata keçirməyə başlayıb. Beş ilə başa çatacaq layihə Cənubi Qafqazda 20-dən çox milli parkı əhatə edəcək. Layihənin Azərbaycanda da həyata keçirilməsi turistlərin regionumuza marağının artmasına səbəb olacaq. Nəzərə alaq ki, muxtar respublikamızda mövcud rayonların hər biri ayrılıqda dağlıq ərazilərə malikdir. Bu əraziləri bir-biri ilə əlaqələndirəcək yeni dağ turizm marşrutlarının işlənilməsi və turizmin bu növünü seçənlərə təqdim edilməsi dağ turizminin yeni imkanlarını ortaya qoyacaq.

Beynəlxalq statistikaya görə, hazır­da dünya turizm bazarının 10 faizi ekstremal turizmin payına düşür. Bu gün ölkəmizdə dağ turizmi yeni formalaşan turizm sahələrindən biridir. Vaxtilə turizm nöqteyi-nəzərindən diqqətdən kənarda qalan dağlıq ərazilər getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır. Bu sahədə muxtar respublikamızda peşəkar kadrların yetişdirilməsi, dağ idmanı üzrə bələdçilərin hazırlanması yaxın gələcəkdə piyada və dağ turizminin inkişafında əhəmiyyətli rol oynayacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR