SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şəhər turizminin inkişafı üçün Naxçıvanın potensial imkanları var

31-05-2017, 13:08 | Oxunub: 11 900 |

Şəhər turizminin inkişafı üçün Naxçıvanın potensial imkanları var
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Naxçıvanda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.

Muxtar respublika kəndlərinin çoxu coğrafi baxımdan dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Münbit torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün təbiət sərvətləridir. Sosial-iqtisadi inkişafın ən ucqar dağ kəndlərini əhatə etməsi burada kənd yaşıl turizminin də inkişafı üçün geniş perspektivlər açır. Qədim diyarın Biçənək, Kükü, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Ərəfsə, Gümüşlü və başqa onlarla yaşayış məntəqəsində kənd yaşıl turizminin inkişafı üçün əlverişli şərait mövcuddur. 250-dən çox mineral və müalicə əhəmiyyətli su mənbələrinin mövcudluğu, zəngin mətbəxi, qədim tarixi və mədəniyyəti Naxçıvanda turizmin inkişafı üçün geniş imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizm sahəsinin də inkişafına təsir edib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmaqdadır. Qədim diyarımızın bütün bölgələrini əhatə edən müasir infrastrukturun qurulması, istirahət və əyləncə mərkəzlərinin yaradılması, tarixi-mədəni irsə qayğı, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji, nəqliyyat, rabitə xidmətinin yüksəldilməsi muxtar respublikada turizmin inkişafını şərtləndirir. Bunun üçün Naxçıvanda ekoloji təmiz məhsullar, əlverişli iqlim şəraiti, abad yol və müasir rabitə xidməti kimi böyük imkanlar var. Bunun nəticəsidir ki, ötən il muxtar respublikaya gələn turistlərin sayı 400 mini ötüb.
Turizm ekspertlərinin qənaətinə görə, bir ölkəyə və yaxud regiona səfər etmiş turistlərin sayı orta hesabla həmin regionun əhalisinin sayına çatırsa, deməli, o bölgə turizm mərkəzinə çevrilə bilib. Turist sayının davamlı yüksəlməsini təmin edən amillərdən biri isə, təbii ki, həmin regionlarda turizmin inkişafı ilə bağlı mütəmadi olaraq müxtəlif tədbirlərin keçirilməsidir.

Şəhər turizminin inkişafı üçün Naxçıvanın potensial imkanları var


Hamımıza məlumdur ki, muxtar respublikaya gələn turistlərin hər biri turizmin hansı növünə maraqlı olmasından asılı olmayaraq, paytaxt Naxçıvan şəhərində olur və yaxud buradan keçməklə hərəkət edir. Bu isə turizm sektorunda son illərdə daha populyar olan “şəhər turizmi” trendini ortaya çıxarır. Qeyd edək ki, “şəhər turizmi” anlayışı turistlərə birbaşa “şəhərdə gəzmək, istirahət etmək, istədiyini əldə etmək imkanı”nı təqdim edən bir məfhumdur. Bəs müasir dövrdə şəhər turizmini inkişaf etdirən hansı kriteriyalar mövcuddur?

Əvvəlcə onu qeyd edək ki, hər bir şəhərin böyük və kiçik olmasından asılı olmayaraq, fərqli özəllikləri var. Bəzi şəhərlər tarixi tikililərinin çox olmasına, bəziləri elm, mədəniyyət və incəsənətə töhfəsinə, bəziləri isə sənaye və digər sahələrin inkişafına görə bir-birindən fərqlənir. İstənilən halda bu özəlliklərdən düzgün istifadə olunmaqla şəhərlərin ölkə turizminə, ümumilikdə isə iqtisadiyyata fayda­sını təmin etmək mümkündür. Turizm isə elə bir sek­tordur ki, bu sektordakı əsas kütlə, yəni turistlər fərqli maraq və düşüncələrə sahibdirlər. Məhz bu maraq və düşüncələrin dolğun təmini şəhərləri turistlərə cəlbedici edə bilər. Bu baxımdan ekspertlər şəhər turizmini inkişaf etdirmək üçün 5 istiqaməti əsas götürürlər. Birincisi, turizmin sektor kimi inkişafında dövlətin və özəl sektorun birgə fəaliyyəti, eyni zamanda yerli əhalinin turizmin inkişafında maraqlı olması. İkincisi, təhlükəsizliyin qorunması və tolerantlıq. Üçüncüsü, şəhər infrastrukturunda nəqliyyat, rabitə və digər xidmət imkanlarının əlverişli olması. Dördüncüsü, dil və yerli əhali ilə rahat ünsiyyət imkanlarının mövcudluğu. Beşincisi, şəhərlərin turistlər tərəfindən təkrar ziyarət edilməsi üçün səbəblərin tükənməməsi.

Ekspertlərin fikirlərinə görə, şəhər turizmində dil (bir-birini anlamaq) və alış-veriş ən önəmli yerlərdən birini tutur. Turizmçilərin sözləri ilə desək, “əgər turist şəhərdən (ölkədən) razı gedirsə, hava limanınadək 50 manat daha çox xərcləyəcək”.
Təbii ki, şəhər turizmi bu gün dünyada turizmçilər tərəfindən ən çox müzakirə olunan mövzulardandır. Yeri düşmüşkən onu da qeyd edək ki, ötən il ölkəmiz də Ümumdünya Turizm Təşkilatının şəhər turizmi üzrə 5-ci Qlobal Sammitində təmsil olunub, panel iclaslarında mədəni turizm, eləcə də maddi və qeyri-maddi irs element­lərinin şəhər turizmində rolu və bir sıra digər məsələlərin müzakirəsində iştirak edib.


Şəhər turizminin inkişafı üçün Naxçıvanın potensial imkanları var



İndi isə şəhər turizminin inkişafı üçün yuxarıda sadalanan istiqamətləri Naxçıvan şəhərinin timsalında nəzərdən keçirək. Hər şeydən əvvəl onu qeyd edək ki, turistlər üçün şəhərlərin böyük və yaxud kiçik olması deyil, maraqlarının təmin olunması önəmlidir. Naxçıvan Cənubi Qafqazın ən qədim şəhərlərindən biri olmaqla yanaşı, həm də muxtar dövlətin paytaxtıdır. Bu qədim Azərbaycan şəhəri Türkiyə və İran İslam respublikaları ilə yaxın sərhəddə yerləşdiyindən hər iki ölkənin müxtəlif şəhərləri ilə nəqliyyat əlaqələrinə malikdir. Şəhərdə (ümumilikdə, muxtar respublikada) turizmin inkişaf etdirilməsi dövlətin həyata keçirdiyi tədbirlərin mühüm tərkib hissəsini təşkil edir. Əhalinin milli mentallığa dayanan qonaqpərvərliyi sakinlərin turizmin inkişafında maraqlı olmasını şərtləndirir. Məlumdur ki, qonaq­pərvərliyin olduğu yerdə tolerantlığın səviyyəsi yüksək olur. Muxtar respublikada cinayət hadisələrinin minimum həddə olması Naxçıvanın təhlükəsiz şəhər kimi imicinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Son illərdə Naxçıvan şəhərində yeni turizm obyektlərinin inşası, rabitə, nəqliyyat xidmətlərinin yüksəldilməsi üçün müasir layihələrin həyata keçirilməsi turistlərə xidmət baxımından rahat şərait yaradır. Şəhər əhalisinin turistlərlə ünsiyyətdə maraqlı olması (lazımi kömək göstərilməsi baxımından) isə turizmin inkişafına öz töhfəsini verir. Və nəhayət, Naxçıvanı yenidən görmək üçün səbəblərin tükənməz olmaması bu qədim şəhərin özünə­məxsusluğunu artırır. Bu səbəblər hansılardır?

Birinci ondan başlayaq ki, Naxçıvan şəhərinin qədimliyi haqqında təkcə yerli tarixçilərin deyil, əcnəbi səyyahların da xeyli sayda yazılmış məlumatları, xatirələri var. “Bəşəriyyətin ikinci atası” sayılan Nuh Peyğəmbərin məzarüstü türbəsinin, tarixə duz mədəniyyətini təqdim etmiş və dünyada analoqu olmayan Duzdağın, XII əsr Qərb memarlığı incilərini kölgədə qoyan Möminə xatın türbəsinin yerləşdiyi qədim Naxçıvan həm də 5000 illik şəhər mədəniyyətinə malikdir. Naxçıvan son 300-500 il ərzində formalaşan şəhər deyil. Təkcə orta əsrlər dövründə Naxçıvan Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolu üzərində mühüm ticarət mərkəzlərindən biri olub. Həmin dövrdə yalnız ticarəti ilə deyil, elm və mədəniyyəti ilə də məşhurlaşan Naxçıvan Şərqin hərtərəfli inkişaf etmiş şəhəri kimi tanınıb. Müasir dövrdə isə Naxçıvan həm qədim tikililəri, həm də müasir infrastrukturu ilə diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, müasir dövrdə şəhər turizminin inkişaf etdirilməsində vacib məqamlardan biri şəhərlərin müəyyən imicə sahib olmasıdır. Yəni şəhərlər onu ziyarət edən turistlərin düşüncələrində daha çox nə ilə yadda qalır? Xatırladaq ki, son illər muxtar respublika paytaxtının sürətli və hərtərəfli inkişafı, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir çox ölkələrdən bura səfər edən qonaqların sayının artmasına öz təsirini göstərib. Ümumi olaraq onlarla söhbətlərimizdən də aydın olur ki, əcnəbi qonaqlar üçün Naxçıvanda ən çox diqqəti çəkən tərəflər bunlardır: şəhərdə qədimliklə müasirliyin vəhdəti, həsəd aparılacaq təmizlik, eyni əhali sayına malik şəhərlərlə müqayisədə sakit həyat tərzinin qorunub saxlanılması (təhlükəsizlik) və qonaqpərvərlik. Bu sadaladıqlarımız Naxçıvan şəhərinin müasir “kimliyi”ni formalaşdıran ünsürlərdir və əcnəbilər şəhərə gəldikdən bir neçə saat və yaxud bir gündən sonra Naxçıvanı bu cür görür və qəbul edirlər. Məhz bu yönləri ilə Naxçıvan şəhərinin “markalaşması” (brendləşməsi) prosesi gedir ki, bu da şəhər turizmi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda bir şəhərin tarix, mədəniyyət, elm, incəsənət, idman sahələrinə daha geniş şəkildə fokuslanması həmin əraziyə daha çox intellektual turistlərin gəlməsini şərtləndirir. Təbii ki, burada təbiət amilini də nəzərdən qaçırmaq olmaz. Ancaq istənilən halda turistlər bir yerə gedərkən əvvəlcə onların maddi və mənəvi maraqlarını daha dolğun ödəyə biləcək şəhərlərə (bölgə və yaxud ölkələrə) üstünlük verirlər. Bu baxımdan Naxçıvan ölkəmizin öndə gedən şəhərlərindəndir.

Şəhər turizminin inkişafı üçün Naxçıvanın potensial imkanları var



Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR