17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bağlanan banklarda nə qədər pul var? – Rəqəmlər gizlədilir
Əmanətlərin Sığortalanması Fondu tərəfindən iyunun 16-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 222 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 58 milyon 971 min manat (ümumi kompensasiya öhdəliyinin 85 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 87 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.
4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 133 milyon 53 min manatdan artıq olub. Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 354 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 350 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,2 faizdən çoxu) "Atrabank"ın, 2 milyon 4 min manatı (ümumi kompensasiya öhdəliyinin 96 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 437 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,2 faizi) kompensasiya ödəyib.
"Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 778 min manatdan artıq kompensasiya ödənişi edilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 84,7 faizi əmanətçilərə ödənilib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 11 bank üzrə 734 milyon 245 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Maraqlıdır, ödənməyən kompensasiyaların həcmi nə qədərdir? Mətbuata açıqlama verən iqtisadçı-ekspert Yaşar Əsədov bildirib ki, bu məsələ kommersiya sirri olduğu üçün qapalıdır: “Bunu bilmək üçün gərək əmanətçilərin hamısının qoyduğu vəsaitin nə qədər olduğunu bilək. Məlum olan budur ki, 30 minədək əmanəti olanlara 100 faiz qaytarılmalıdır. Ola bilər ki, sonrakı illərdə bu rəqəm 30 deyil, daha çox olsun. Bir nəfər ayrı- ayrı banklara 30 minədək əmanət qoya bilər. Həmçinin müxtəlif şəxslərin adından 30 minədək əmanət qoya bilər. Bu zaman onun əmanətinin 100 faiz qaytarılır”.
Y.Əsədovun sözlərinə görə, ödənilməyən kompensasiyaların məbləği bəlli olmadığı üçün ümumi faizlə də bu rəqəmi ifadə etmək mümkünsüzdür.
Qeyd edək ki, ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank"ın əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank"ın əmanətçilərinə 120 milyon 458 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənişi təmin edilib.
Emtv.az