17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda təkmilləşdirmə kursunu uğurla bitirən kitabxanaçılara sertifikatlar verilib
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Kitabxana işinin təşkili və müasir tələblər” mövzusunda keçirilən təkminləşdirmə kursunu müvəffəqiyyətlə bitirən 27 iştirakçıya sertifikatlar verilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, kurs müddətində kitabxana işçilərinə müasir kitabxana işi, bu sahədə yeni texnologiyaların tətbiqi, ölkəmizdə kitabxana işi ilə bağlı görülən işlər haqqında məlumat verilib, mühazirələr oxunub, təcrübi məşğələlər keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm naziri Natəvan Qədimova bildirib ki, hazırda muxtar respublikada 234-dən artıq kitabxana mövcuddur. Bunlardan 8-i Mərkəzləşdirilmiş Kitabxana Sistemidir. Kitabxana işi daha da təkmilləşdirilərək müasir dövrün tələbinə uyğun informasiyalaşdırılıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü Oruc Həsənli bildirib ki, keçirilən kurslar kitabxanaçıların öz işlərini dərindən bilməsinə, təcrübələrinin daha da artmasına müsbət təsir göstərir.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Emtv.az