SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistan üçün Qarabağa qiymət kəsildi - 8 milyard dollar

12-06-2017, 12:10 | Oxunub: 5 540 |

Ermənistan üçün Qarabağa qiymət kəsildi - 8 milyard dollar
Təklif İrəvanda ciddi müzakirələrə səbəb olub

ABŞ Ermənistana 8 milyard dollar pul vermək istəyir və bu, İrəvan ziyalıları arasında ciddi qorxu doğurub.

Erməni politoloq Aqasi Yenokyan məsələ ilə bağlı “lragir.am” portalında bu gün yazdığı məqaləsində bildirib:

“Birləşmiş Ştatlar təkliflə çıxış edir. Onlar demokratiya, insan haqları və azad seçkilər deyil, pul - 8 milyard dollar təklif edirlər. Bu, fantastik rəqəmdir”.

Aqasi Yenkoyanın yazdığına görə, Ermənistan hökuməti ABŞ-ın bu təklifi qarşısında susub və bunu tələ sayır:


Azərbaycan üçün ikinci Qarabağ qorxusu

“Vaşinqton tələ hazırlayır, bir tərəfdən anlayırlar ki, nə qədər demokratiya tələb etsələr də, hakimiyyət onu təmin etmək iqtidarında deyil. Buna görə də onlar hakimiyyətin ən çox sevdiyi şeyi - pulu təklif edirlər”.

Aqasi Yenokyanın sözlərinə görə, Amerika həmin pulları Ermənistanda alternativ energetikanın tətiqi üçün verir. Bu isə Rusiya qazının Ermənistandan çıxması, nəticədə İrəvanın Kremlin təsirindən tam qurtulması deməkdir:

“Bu, bizim müttəfiqimizlə strateji maraqlara ciddi zərbə ola bilər. Qarabağ problemi və Rusiya hərbi bazası ilə yanaşı Moskva həm də bizi qaz şantajı altında saxlayır”.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Yəni Aqasi Yenokyan dolayısı ilə başa salır ki, Ermənistan bu addımı atarsa, Qarabağ məsələsində Rusiyanın dəstəyini itirəcək. Belə olan halda isə Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, müharibəni Ermənistan ərazisinə də keçirə bilər.


Neft Araşdırmaları İnstitunun direktoru İlham Şaban İstiPress-ə müsahibəsində həmin vəsaitlərlə Ermənistanı Rusiyanın asılılığından qurtarmağı mümkün sayır:

“Bu fantastik rəqəmdir. Ermənistan həmin vəsaitlə Rusiya qazından tam xilas ola bilər. Həmin pulu bir neçə istiqamətdə işlədə bilər. Birincisi, Ararat vadisində günəş enerjisi panelləri və solyar sistemlərin geniş yayılmasına vəsait yatıra bilər. Həm də Cənubi Qafqazda gücü 5 meqavaatta çatan ilk külək enerji stansiyasını da Ermənistanda qurublar, yəni bu istiqamətə d ə vəsait yatıra bilərlər. Ermənistanda çox geniş yayılmış dağ çaylarının qarşısını kəsərək kiçik SES-lər qura bilərlər. Bu pulların daha bir ünvanı kənd evlərində bioqaz stansiyalarının qurulması ola bilər”
.

İlham Şabanın fikrincə, müasir dünyada alternativ enerji mənbələri ilə yanaşı qənaətcil istismar şəbəkəsi məsələsi də gündəmdədir: “Yeni texnologiyaları tətbiq etməklə sərf edilən enerjini 3 dəfəyə qədər azaltmaq mümkündür. Avropada bu məsələ 10 ilə qabaq trendə çevrildi. İndi evləri tikəndə belə əsas diqqət buna verilir”.

Bütün bunlar öz yerində, amma istənilən halda, Aqasi Ynekoyanın dediyinə görə, Ermənistan bu addımı atmayacaq. Çünki Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş İrəvan heç cür Moskvanın əleyhinə addım atmaz. Əks halda, itdə gedər, ip də.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR