SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Cavid Qurbanovun oğlu KFC-ni Məmmədovlardan necə alıb? - Məşhur türk nəşrinin xəbəri təsdiqləndi

9-06-2017, 13:39 | Oxunub: 7 156 |

Cavid Qurbanovun oğlu KFC-ni Məmmədovlardan necə alıb? - Məşhur türk nəşrinin xəbəri təsdiqləndi

ABŞ-ın "Kentucky Fried Chicken”, yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi, 2010-cu ildən Bakıda da fəaliyyət göstərir.

Emtv.az xəbər verir ki, bu ticarət markasının Azərbaycandakı fəaliyyəti ilə bağlı mətbuatda bir-birini təkzib edən fikirlər səslənir.

Bəzi mətbu orqanlar KFC fast food restoranlarının ölkəmizə keçmiş oliqarxlar - ata-oğul Nəsib və Nizami Piriyevlər tərəfindən gətirildiyini iddia edirdi.

Hətta belə fikir var idi ki, Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir.

Cavid Qurbanovun oğlu KFC-ni Məmmədovlardan necə alıb? - Məşhur türk nəşrinin xəbəri təsdiqləndi

Məsələn, bir neçə il əvvəl mətbuatda azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı "Ukrayna qida şirkəti” MMC-nin Kiyevdə ilk "Kentucky Fried Chicken” (KFC) restoranı açdığı haqda informasiya verilmişdi.

Bəzi mənbələr isə bu brendin Azərbaycana keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən gətirildiyini iddia edirdi.

Buna əsas kimi o göstərilirdi ki, KFC-ni Azərbaycana A.Məmmədovun rəhbərlik etdiyi "Garant Holding”ə məxsus AFK şirkəti gətirib. Elə KFC restoranlar şəbəkəsinin saytında da bu haqda qeyd olunur.

Amma bir neçə ay əvvəl Türkiyənin məşhur "Hürriyyət” qəzeti yazmışdı ki, KFC restoranları "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsusdur.

Bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı "Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyilmiş.

Z.Məmmədovun vəzifəsindən gedişindən sonra KFC restoranlar şəbəkəsinin bu ailəyə məxsus hissəsi isə "Gilan”a deyil, məhz baş dəmiryolçu C.Qurbanovun oğlunun nəzarətinə keçib.
Cavid Qurbanovun oğlu KFC-ni Məmmədovlardan necə alıb? - Məşhur türk nəşrinin xəbəri təsdiqləndi

Bu dəqiqləşdirmə nəticəsində KFC-nin Məmmədovlara aid səhminin Ş.Şəmşirlinin kurasiyasına keçdiyinin ortaya çıxması "Hüriyyət”in aylar əvvəl yazdıqlarını təsdiqləyir.

Ümumiyyətlə, sabiq nazirin vəzifəsindən uzaqlaşdırılması ilə onun əlindəki bəzi sahələr C.Qurbanova verilib. Məsələn, Azərbaycan Voleybol Federasiyasına prezidentliyi də artıq Z.Məmmədov yox, C.Qurbanov edir...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR