SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Hər seçkidən seçkiyə İlham Əliyevin tərəfdarının sayı artır” – Əli Həsənov

8-06-2017, 11:32 | Oxunub: 7 533 |

“Hər seçkidən seçkiyə İlham Əliyevin tərəfdarının sayı artır” – Əli Həsənov
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının X konfransı keçirilib.

Konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, YAP Nərimanov rayon təşkilatının üzvləri, bir sıra dövlət qurumlarının nümayəndələri və millət vəkilləri iştirak ediblər.

Konfransda çıxış edən Ə.Həsənov bildirib ki, YAP Nərimanov təşkilatının fəaliyyəti dinamik olub və qənaətbəxş dəyərləndirilə bilər. Nərimanov rayon təşkilatı YAP-ın avanqard təşkilatlarından biridir:

“Ümumilikdə Yeni Azərbaycan Partiyasının fəaliyyəti Nərimanov rayonundan başladı və sonra digər rayonlara yayıldı. Yeni Azərbaycan Partiyası 1992-ci ildə Azərbaycan Respublikasının mövcud vəziyyətindən, zərurətindən yarandı. O zaman partiya yaradılarkən heç kim düşünmürdü ki, partiya kimisə hakimiyyətə gətirmək istəyir. Ümummilli lider partiyaya sədrlik etməyə başlayanda düşünmürdü ki, o, Yeni Azərbaycan Partiyasının sədri kimi hakimiyyətə gələcək. O zaman ümummilli lider belə bir fikir irəli sürmüşdü ki, “mən bütün Azərbaycan xalqını, bütün Azərbaycan ziyalılarını mövcud hakimiyyətin ətrafında birləşməyə çağırıram və hər bir Azərbaycan vətəndaşı, hər bir ziyalı kimin hansı mövqe tutmasından asılı olmayaraq, bu dövlətin qorunması, yaşadılması, möhkəmləndirilməsinə öz dəstəyini verməlidir, dövlətin yükünün bir hissəsini öz çiyinlərinə almalıdır”. Amma sonrakı proseslər göstərdi ki, hətta Azərbaycan xalqına, ziyalılarına öz çiyinlərini o zaman sürətlə iflasa gedən dövlətin problemlərinin altına verməyə belə imkan vermədilər.
Yadınızdadırsa, Heydər Əliyevin “bütün Azərbaycan xalqı mövcud hakimiyyətin ətrafında birləşməlidir və dövləti bu vəziyyətdən çıxarmaq üçün hər bir insan öz töhfəsini verməlidir” çağırışına o zamankı iqtidar Heydər Əliyevə hədələrlə, parlamentdə ona qarşı ləyaqətsiz hərəkətlər etməklə və Naxçıvana cəza batalyonu göndərmək fikrinə düşərək ümummili lideri Azərbaycanın inkişafı yolundan sapdırmağa çalışırdılar. Bu gün demokratiya barədə bar-bar bağıran, Azərbaycanda demokratiyanın, insan hüquqlarının qorunması ilə bağlı özlərinin əsassız itthamlarını irəli sürən insanlar o zaman, 1992-ci ilin noyabr ayında Bakı şəhərində Yeni Azərbaycan Partiyasının təsis qurultayının keçirilməsinə imkan vermədilər və Yeni Azərbaycan Partiyası o soyuq, şaxtalı gündə, elektrik enerjisinin olmadığı bir şəraitdə Naxçıvanda özünün qurultayını keçirdi. Bax belə bir şəraitdə Yeni Azərbaycan Partiyası yaradıldı”.


Ə.Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandı, təşkilatlandı və Azərbaycanın bu gününün və gələcəyinin statusunu qazandı: “Yeni Azərbaycan Partiyasının əsas ideyası dövlət və dövlətçilikdir. Yeni Azərbaycan Partiyası milliyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının partiyası olmaq ideyasını irəli sürdü və belə də oldu”.

PA rəsmisi vurğulayıb ki, YAP-ın Heydər Əliyev tərəfindən əsası qoyulan ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər seçkidən seçkiyə prezident İlham Əliyevin tərəfdarlarının sayı artır, Yeni Azərbaycan Partiyasının sıraları genişlənir”.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan bu gün dünyanın və bölgənin əsas idman, mədəniyyət mərkəzlərindən birinə, siyasi, mədəni, multikultural dəyərlərin müzakirə olunduğu, yeni-yeni nümunələrin ortaya qoyulduğu bir mərkəzə çevrilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR