17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Dollar ucuzlaşmaqda davam edəcək
İyunun 2-də açıqlanan ABŞ-ın qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluq göstəricisi dolların ucuzlaşmasına səbəb olub.
Emtv.az report-a istinadən xəbər verir ki, məşğulluğun gözləntiləri doğrultmaması və bununla yanaşı əmək haqlarında artımın baş verməməsi investorları məyus edib. İyun ayının 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında uçot dərəcəsi artırılsa belə, 2017-ci il üçün digər 1 və ya 2 artım qərarının baş tutma ehtimalı 50%-dən aşağı düşüb. Bəzi analitiklər isə hətta iyun iclasında da faizlərin artırılmayacağını düşünürlər. Bu səbəbdən dollar qlobal valyuta bazarında ucuzlaşmağa başlayıb və prosesin bir müddət daha davam edəcəyi gözlənilir.
Qeyd edk ki, hazırda əsas valyuta cütlüyü sayılan avro/dolların məzənnəsi son 7 ayın maksimal həddinə yüksəlib və 1,1270 USD/EUR səviyyəsində yer alır. Məzənnənin ilk mərhələdə 1,1320 USD/EUR, daha sonra isə 1,1470 USD/EUR-a qədər arta biləcəyi istisna edilmir. Lakin, gələn ildən etibarən ABŞ dollarında yenidən möhkəmlənmə trendinin başlayacağı və avro ilə məzənnənin paritetdən aşağı düşəcəyi proqnozlaşdırılır.
Emtv.az