18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bu gün dolların sərt ucuzlaşması gözlənilir — PROQNOZ
Emtv.az report-a istinadən xəbər verir ki, buna səbəb martın 24-də ABŞ-da “Obamacare” kimi tanınan eks-prezident Barak Obamanın başladığı səhiyyə islahatlarının ləğv edilməsi barədə Donald Trampın vəd etdiyi qərara öz partiyasından olan siyasətçilərin qarşı çıxması və nəticədə qərarın qəbul edilməməsi olub.
Baş verən hadisə maliyyə bazarlarında şok effekti yaradıb. Qlobal maliyyə bazarı iştirakçıları Trampın vergi islahatları və fiskal xərcləri artırmaq barədə planlarına da şübhə ilə yanaşmağa başlayıblar.
Nəticədə ABŞ dolları bu gün səhər saatlarında, demək olar ki, bütün dünya valyutaları ilə müqayisədə ucuzlaşmağa başlayıb.
Belə ki, USD/EUR 0,55% artaraq 1,0860, USD/GBP 0,57% artaraq 1,2545, JPY/USD isə 1,07% azalaraq 110,20 səviyyəsinə çatıb.
Xatırladaq ki, ABŞ-ın yeni prezidentinin seçki öncəsi platformasında səslənən fiskal xərclərin artırılması və vergi islahatları qərarlarının baş tutacağı ehtimalları ilə 10% bahalaşan ABŞ fond indekslərində bu gün kəskin azalmanın olması qaçılmazdır.
Hazırda “Dow Jones” indeksində fyuçers kontraktları 0,8% və ya 160 bənd ucuzlaşıb. “Report”un analitik qrupu bu azalmanın axşam saatlarına qədər daha da artacağını proqnozlaşdırır.
Həmçinin, ABŞ dolları üzrə ucuzlaşmanın davam edəcəyi və əsas valyuta cütlüyü USD/EUR-un 1,10-a yaxınlaşacağı ehtimal edilir.
Azərbaycan manatı üçün dolların ucuzlaşması müsbət hadisə kimi qiymətləndirilsə də, daha çox neft qiymətlərinin dəyişməsi amili əsas götürülür.
Dolların ucuzlaşması normal şərtlər daxilində neftin qiymətinin artmasına səbəb olsa da, hazırda dünya neft hasilatının artması neft qiymətlərini 50 dollar/barelə qədər enməsinə səbəb olub.
Report-un analitikləri bütün bunlara baxmayaraq, sabah Bakıda keçiriləcək valyuta hərracında dolların məzənnəsinin bir qədər düşəcəyini proqnozlaşdırırlar.
Emtv.az/L.Xubyarzadə