18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda dolların ucuzlaşması davam edəcək
Azərbaycanda ABŞ dollarının ucuzlaşması prosesi davam edəcək.
Buna səbəb kimi qlobal bazarda neftin qiymətinin may ayından etibarən gözlənilən bahalaşması, Bakıda keçirilən beynəlxalq tədbirlərin turist axınını gücləndirməsi və ümumiyyətlə, turizm mövsümünün başlaması, sərt monetar siyasət nəticəsində dollara tələbatın azalması amillərini göstərmək olar.
Bununla yanaşı analitik qrup bildirir ki, hazırda valyuta bazarında maraqlı paradoks yaranıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə keçirdiyi son valyuta hərracında rəsmi məzənnə dəyişməyərək 1,7025 AZN/USD səviyyəsində qalıb. Hərracda kommersiya banklarının iştirak etdiyi bildirilir: "Lakin, hazırda nağd valyuta bazarında dollar bir çox bankda rəsmi məzənnədən aşağı satılır. Bu proses bir neçə həftədir davam edir. Hətta, bir müddət əvvəl kommersiya banklarının dolları rəsmi məzənnədən 3%-dən də çox aşağı satdığı müşahidə edilib. Yəni, başqa sözlə, banklar zərər edir və ya gözləntilərlə əlaqədar nagd satış məzənnəsini aşağı salmaq məcburiyyətindədir".
Kommersiya banklarının dolları rəsmi məzənnədən ucuz satmasına səbəb dolların məzənnəsinin gələcəkdə ucuzlaşması gözləntilərinə bağlıdır: "Yay aylarında nağd dolların orta məzənnəsinin 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi proqnozlaşdırılır".
Emtv.az