18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Banklar dollardan imtina etdi
Ötən gün Mərkəzi Bank və Dövlət Neft Fondunun birgə keçirdiyi valyuta hərracına çıxarılan 35 milyon dolların 9 milyonu satılmayıb. Fins.az-ın əldə etdiyi məlumata görə, hərracda cəmi 26 milyon dollar satılıb. Bunun da ancaq 3,5 milyonunu 3 bank alıb.
Qalan məbləğin isə Mərkəzi Bankın və ya iri banklardan birinin aldığı güman edilir. Hərracda cəmi 4 əqd 1.6860-1.6930 manat kursu ilə bağlanıb.
Məlumata görə, kommersiya banklarının əksəriyyəti hərracda iştirak etməyib. Banklarda valyuta hərracına olan maraq minimum həddə enib. İndi onlar daha çox depozit hərraclarına maraq göstərirlər. Çünki manatla kredit verməyə maraqlı deyillər. Ən yaxşı variant kimi Mərkəzi Banka depozit yerləşdirməklə qazanc əldə etməyə üstünlük verirlər.
Emtv.az