SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Qarabağda müharibə başlarsa, Rusiya və Türkiyə də qoşula bilər” – Karneqi fondu

2-06-2017, 13:44 | Oxunub: 15 535 |

“Qarabağda müharibə başlarsa, Rusiya və Türkiyə də qoşula bilər” – Karneqi fondu
Dağlıq Qarabağ münaqişəsinin yenidən başlaması ehtimalında münaqişəyə Rusiya və Türkiyə də qoşula bilər. Emtv.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronskinin hazırladığı “ABŞ-ın Cənubi Qafqaz siyasəti” hesabatında deyilir.

“Regionda baş verən böyük geosiyasi dəyişikliklər fonunda hər üç Cənubi Qafqaz ölkəsi fərqli xarici siyasət strategiyası izləyir. Gürcüstan bacardıqca Rusiyadan məsafə saxlamağa çalışaraq avroatlantik inteqrasiya yolunda möhkəm şəkildə dayanır. Ermənistan hər iki düşərgə ilə: Rusiya və Qərbə istiqamətlənmiş münasibətlər qurmağa çalışır. Öz növbəsində Azərbaycan Rusiya və Qərbi məsafədə saxlamağa çalışır”.

O ki qaldı dondurulmuş münaqişələrə onlardan hər hansı birinin qarşısının alınması ABŞ-ın Cənubi Qafqaz siyasətinin əsas prioritetlərindən biri olaraq qalmalıdır. Ekspertlərin fikrinə görə, Azərbaycan və Ermənistan arasında olan hərbi münaqişənin keçən il qısa müddətə yenidən alovlanması regionda stabilliyə və ABŞ-ın maraqlarına təhdid yarada biləcək təhlükəni ortaya çıxardı. Məhz bu üzdən münaqişənin qarşısının alınması ABŞ diplomatlarının regiondakı prioritetləri siyahısında ən başda yer tutmalıdır.

“Hərbi əməliyyatlar yenidən başlarsa, Rusiya və Türkiyə onların Ermənistan və Azərbaycanla olan münasibətlərindən dolayı bilavasitə münaqişədə iştirak edə bilərlər. Münaqişənin gedişindən asılı olaraq, İran həmçinin onun iştirakçısı ola bilər. Münaqişə həmçinin Türkiyədən fərqli maraqlar izləyən İran və Rusiya üçün ikinci Suriya hərbi əməliyyatlar teatrı ola bilər” – hesabatda belə deyilir.

Analitiklər belə nəticəyə gəlirlər ki, Vaşinqton hər üç Cənubi Qafqaz ölkəsinin daxili transformasiyasını və beynəlxalq ictimaiyyətə inteqrasiyasını dəstəkləyərək onlarla aktiv şəkildə qarşılıqlı münasibət saxlamalıdır.

ABŞ-ın regionun transformasiyası ilə bağlı əvvəllər etdiyi cəhdlər ümidləri doğrultmadı və dəyişikliklər etməyə cəhd olunarsa, çətin ki, uğurlu olar.
“Asta və dayanıqlı vədlər əvvəlki kimi Cənubi Qafqaz ölkələrinin ABŞ-ın regiondakı maraqlarına cavab verir” – hesabatda belə deyilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR