18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
AZƏRBAYCANLI DİPLOMAT ERMƏNİLƏRİ İFŞA ETDİ
İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornellin iştirakı ilə seminar keçirilib. S.Kornell çıxışında Cənubi Qafqaz regionundakı münaqişələrdən danışıb. Çıxışından sonra tədqiqatçı Qərbin Cənubi Qafqaza, həmçinin münaqişələrə münasibətdə siyasətində dini amilin rol oynayıb-oynamadığı barədə ona ünvanlanmış suala cavab olaraq deyib: “Din nəyə görə amil olmalıdır? Cənubi Qafqaz ölkələri arasında ən çox dini tolerantlığın mövcud olduğu ölkə Azərbaycandır və əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hər hansı bir dinə mənsub olan şəxslərə qarşı ayrı-seçkilik aparılmır”.
"EMTV.az" xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycanın İtaliyada Səfirliyinin müşaviri Vüqar Hacıyev Ermənistan-Azərbaycan münaqişəsinin din amili ilə heç bir bağlılığının olmadığını, lakin Ermənistan hökuməti, o cümlədən Ermənistanın İtaliyadakı səfirinin münaqişənin dini xarakter daşıdığına dair təbliğat apardığını bildirib. Diplomat qeyd olunan münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon daxil olmaqla, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb.
Sonra Ermənistan səfirliyinin əməkdaşı cavab olaraq bildirib ki, Ermənistan heç zaman münaqişənin dini xarakter daşıdığını bəyan etməyib.
Bundan sonra Azərbaycan diplomatı yenidən söz alaraq qeyd edib ki, erməni tərəfinin münaqişənin dini xarakter daşıdığı barədə təbliğat aparmasını sübut etmək çətin deyil. Maraqlananlar Ermənistanın İtaliyadakı səfirinin mətbuata son açıqlamaları və müsahibələri ilə tanış ola bilərlər.