SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Putinin tədbirinə nazir göndərmədi

2-06-2017, 13:25 | Oxunub: 7 716 |

Azərbaycan Putinin tədbirinə nazir göndərmədi
İyunun 1-də işə başlayan Sankt-Peterburq iqtisadi forumuna Azərbaycan ötən ildən fərqli olaraq yalnız bir şirkət göndərdi; narazılığın yaranmasına səbəb olan ÜAK-la bağlı yeni gəlişmə var

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasından sonra rəsmi Bakı Moskvanın bu addımına soyuqqanlı münasibət göstərməkdə davam edir. Rusiya rəsmiləri də israrla bu qərarın arxasında hansısa siyasi niyyətlərin dayanmadığını bəyan edir.


ÜAK-ın ləğvi ilə bağlı hakimiyyət bugünlərdə dövlət televiziyası vasitəsilə əslində sərt cavablar verib. Bildirilib ki, Azərbaycanın transmilli layihələri, eləcə də Dağlıq Qarabağ məsələsində prezident İlham Əliyevin prinsipial mövqeyi Rusiyanın bəzi dairələrini qıcıqlandırır. Anti-Azərbaycan siyasətin arxasında xarici işlər naziri Sergey Lavrovun dayana biləcəyinə işarələr edilib.


Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib. Ədliyyə Nazirliyi ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğunu iddia edir. ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı ədalətsiz adlandırıb. O, apelyasiya şikayəti verəcəklərini bildirib.


İyunun 1-də məlum olub ki, ÜAK-ın qeydiyyatı ilə bağlı apelyasiya şikayəti verilməyib. Emtv.az xəbər verir ki, modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev deyib ki, təşkilatın qeydiyyat məsələsinin həll olunacağına ümid edirlər. “Ona görə də veriləcək qərarı gözləyirik. Qərar nə olacaqsa, ona uyğun da apelyasiya şikayəti verəcəyik. Hələlik apelyasiya şikayəti verməkdən imtina etmişik”.


İcraçı katibin sözlərinə görə, bu həftə ərzində ÜAK-la bağlı qərar verilə bilər. “Sadəcə, neçə gündür ki, hakimlə təmasa keçmək mümkün olmur. Onun işləri çox olduğundan nə qərar verəcəyini də təxmin edə bilmirik. Ola bilsin ki, bu həftə ərzində ÜAK-la bağlı qərar verilsin. Gözləyirik”.

İcra katibinin “neçə gündür ki, hakimlə təmasa keçmək mümkün olmur” sözləri Rusiyanın mövqeyində hər hansı dəyişikliyin olmadığını göstərir.
Bu isə rəsmi Bakı ilə ÜAK-ın taleyi ilə bağlı heç bir müsbət addım atmayan Moskva arasında münasibətlərdə soyuqluğun davam etdiyini göstərir.
Bunu sübut edəcək daha bir mühüm fakt da var. Məlumdur ki, iyunun 1-də Sankt-Peterburqda XXI Peterburq Beynəlxalq İqtisadi Forumu başlayıb. Rusiya KİV-ləri xəbər verir ki, sessiya zamanı dünya iqtisadi trendləri, beynəlxalq gündəliyin əsas məsələləri müzakirə ediləcək. Forum çərçivəsində 100-dən çox tədbir keçiriləcək. Forumun işgüzar proqramı Rusiya, Avropa, Asiya, Amerika Birləşmiş Ştatları, Şimali və Latın Amerikasının 200-dən çox aparıcı mütəxəssislərinin iştirakı ilə hazırlanmışdır. Forumun işində Rusiya prezidenti Vladimir Putin, baş nazir Dmitri Medvedyev, nazirlər və Rusiya hökumətinin üzvləri iştirak edir. Forumda təxminən 12 min nəfər, o cümlədən 39 xarici ölkənin nazirləri və 870 şirkət rəhbərləri iştirak edir. Foruma BMT-nin baş katibi də gəlib.

Azərbaycan Putinin tədbirinə nazir göndərmədi
Ötən il forumda Azərbaycan nümayəndə heyəti böyük tərkibdə iştirak etmişdi. Nümayəndə heyətinə iqtisadiyyat naziri Şahin Mustafayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər daxil idi.

Amma bu dəfə Azərbaycan üçün də əhəmiyyətli olan bir foruma yalnız SOCAR-ın nümayəndə heyəti qatılıb. Rusiya KİV-lərində bu barədə xəbərlər yoxdur, SOCAR-ın forumda təmsilçiliyini report.az saytı yayıb. Azərbaycan nümayəndə heyətinin 1997-ci ildən keçirilən Beynəlxalq İqtisadi Forumda təmsilçiliyinin məhz bu il yalnız bir şirkətin nümayəndə heyəti ilə məhdudlaşdırılması diqqət çəkir. Məsələn, Rusiya diplomatlarının Moldovadan qovulmasından sonra iki ölkə arasında ciddi narazılıq yaranmasına baxmayaraq, bu ölkənin prezidenti İqor Dodon Peterburqa gedib.

Azərbaycan Putinin tədbirinə nazir göndərmədi

Prezident İlham Əliyev Peterburq İqtisadi Forumunda bir neçə dəfə iştirak edib. Rusiya tərəfi həm Ermənistanın sabiq, həm də indiki prezidenti ilə Azərbaycan dövlət başçısının görüşlərini bu forum vaxtı keçirib. Elə ötən il də iki ölkə prezidentləri arasında görüş iyunun 21-də Sankt-Peterburq forumundan dərhal sonra keçirilmişdi. Prezident İlham Əliyev Sankt- Peterburq forumunun uğurla keçirilməsi münasibətilə Vladimir Putini təbrik etmişdi. Prezident demişdi ki, Rusiyanın patronajlıq etdiyi forum bu illər ərzində qlobal siyasət və iqtisadiyyat məsələlərinin müzakirəsi və həlli üçün ən mühüm məkanlardan birinə çevrilib. Azərbaycan forumun işində fəal iştirak edir.


Bu il forumda təmsilçiliyin yalnız bir şirkət səviyyəsində məhdudlaşdırılması, nazir belə göndərilməməsi mümkündür ki, rəsmi Bakının narazılığının ifadəsi olsun. Azərbaycan iqtidarı bu cür tövrü sərgiləməklə, özünün haqlı mövqeyini və haqlı narazılığını ən yüksək səviyyə üçün nümayiş etdirmiş olur. Çünki Putin bu foruma ciddi əhəmiyyət verir və iştirakçı ölkələrin ən yuxarı səviyyədə təmsilçiliyinə çalışır. Bu səbəbdən də mesaj artıq Putinə ünvanlanmış sayılacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR