18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İşsizlik müavinətinə ayrılan vəsait 3 dəfə artırılacaq

““İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunur və bu il qəbul olunması nəzərdə tutulur. Həmin qanunun 2018-ci il yanvarın 1-də qüvvəyə minməsi planlaşdırılır”.
Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi “Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.
O bildirib ki, bu il məşğulluq məsələlərinə, ümumilikdə, 27 milyon manat vəsait ayrılıb: “Azərbaycan Prezidentinin Ehtiyat Fondundan isə 6 milyon manat yönəldilib. Növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Birdən-birə 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artırılması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək, işsizlik müavinətinin 3 dəfə artırılmasını stimullaşdıracaq”.
Emtv.az