18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Bəzən avropalı həmkarların tələblərini yerinə yetirmək çətin olur” – Ziyafət Əsgərov
“Sosial məsələlərin müzakirəsi, həlli Azərbaycanın daxili siyasətində prioritet məsələlərindən olub”.
Bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Konstitusiyasında Sosial hüquqların təminatı ilə bağlı xeyli müddəa var və Azərbaycan bu sahədə bir sıra konvensiyalara qoşulub: “Bu konvensiyalar bu gün Azərbaycanda fəaliyyətdədir. Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 20 ildən bir qədər artıqdır, təmin edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan həmçinin 20 faiz ərazisini itirib. Biz işğala məruz qalmışıq. Ölkədə 1 milyondan artıq məcburi köçkün və qaçqın var, onların 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Buna baxmayaraq, dövlət öhdəsinə düşən öhdəlikləri yerinə yetirir və yetirəcək”.
Z. Əsgərov qeyd edib ki, gündəlikdə miqrant məsələsi də var və bu problem dünyada uzun müddətdir davam edir: “Bu gün Suriya, İraq qaçqınlarından danışılır. 25 il əvvəl isə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Niyə o vaxt bu barədə danışılmırdı? Burada ikili standartlar da var. Həmçinin Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının potensial təhlükəsi də müzakirə olunmalıdır. Bu stansiya region üçün ən təhlükəli AES-dir. SSRİ texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, Avropa üçün çox böyük təhlükə yaradar. Ermənistan üstəlik seysmik zonada yerləşir”.
İqlim dəyişiklikləri məsələsinə də toxunan Ziyafət Əsgərov bildirib ki, Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı öhdəlikləri də məsuliyyətlə yerinə yetirir: “Lakin bütün ölkələr bu məsələdə məsuliyyətli olmalıdır”.
Emtv.az