18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İNSANLAR NİYƏ QAÇQINA ÇEVRİLİRLƏR?
AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, onların üzləşdikləri problemlərlə bağlı üç qətnamə layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva insanları qaçqın salan, köçkünə çevirən səbəblərə qarşı Avropanın, Avropa Şurası, AŞPA və digər təşkilatların ciddi mübarizə aparmasının vacib olduğunu söyləyib.
"EMTV.az" xəbər verir ki, O deyib ki, insanları köçkünə çevirən səbəblərə qarşı sərt mübarizə aparılmasa, qaçqınların sayı daha da artacaq. O, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib, ölkəmizdə insanların qaçqın, köçkün həyatının nə olduğunu çox yaxşı bildiklərini vurğulayıb.
Deputat bildirib ki, öz evini itirmiş insanın ağrısını azaltmaq asan deyil. Bu, çox böyük bir acıdır. Azərbaycanlı qaçqın və məcburi köçkünlər 20 ildən çoxdur ki, belə bir acı içərisində yaşayır, ancaq beynəlxalq qurumlardan onların vəziyyəti ilə bağlı heç bir münasibət görə bilmirlər. Suriya və İraqdan olan köçkünlərlə Türkiyədə görüşdüyünü deyən deputat Türkiyə dövlətinə və xalqına qaçqınlara göstərilən böyük dəstəyə görə təşəkkür edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri deyib ki, insanlar evlərinı işğal, terror səbəbindən tərk edir, ölümdən qaçırlar. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Evlərindən qaçqın, köçkün düşmüş insanlara dəstək olmaq insanlıq vəzifəsidir. Avropa Şurasının bütün üzv ölkələri köçkünlərə hər cür yardım etməklə yanaşı, onların öz evlərinə qayıda bilmələri üçün dəstək göstərməlidirlər.