SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DÖVLƏT DİLLƏR UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - Dövlətin tərs şapalağı hər an sifətinizə çəkilə bilər!!!

31-05-2017, 14:02 | Oxunub: 8 507 |

DÖVLƏT DİLLƏR UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - Dövlətin tərs şapalağı hər an sifətinizə çəkilə bilər!!!
…İlk hədəsi “Mən artıq gəldim!” olmuşdu.

Bəs, niyə getmişdi o?!

10 ilə yaxın dekan işləyən bu şəxs çox məxfi şəkildə, öz sözləriylə desək, “akademik ustalıqla” bir korrupsiya sistemi düzəltmişdi. Hər sessiyada, heç olmayanda, bir neçə yüz min manat pul qazanırdı. Özü də çox sadə yolla – Amerikada oxuyarkən, öyrəndiyi müasir texnoloji üsulların tətbiqiylə! Mexanizm də çox sadə qurulmuşdu – kabinetindəki bilgisayarda xahişə-minnətə gələnlərdən rahatca lazım olan qoparılır, sonra da müəllimlərin kəsdiyi tələbələrə saxta yolla qiymətlər yazılırdı!

Bu “orijinal” mexanizm, yaxşı qazanc gətirdiyindən, əhatə dairəsi genişləndi və nəhayət, bir gün bu və digər əxlaqa zidd əməllərindən bezib, onun şələ-şüləsini də belinə yükləyib, universitetdən “yola saldılar”…

Ancaq bu diribaş, odda yanmaz, suda batmaz adam itib-batmadı. Topladığı paralar, dar günündə karına gəldi və bir də hamı gördü ki, adam Təhsil Nazirliyində özünə xudmani bir iş tapıb…

Və beləcə, “İNYAZ”a qayıtmaq planları işə düşdü. İlk işi universitetin ovaxtkı rəhbərliyindən narazı düşən adamları mətbuata çıxarmaq, onların universitet rəhbərliyinin əleyhinə yazılar yazdırmasını təşkil etmək oldu. Vaxtilə işlədiyi universitetin “cikini-bikini” dərindən bildiyindən, mətbuata kompromat axını bitmək bilmədi. Axır ki, Səməd Seyidov rektorluqdan getdi və onun yerində qalan Vazeh Əsgərovu da qısa müddətdə mətbuat vasitəsilə linç etdirdi…

Mətbu hücum onunla nəticələndi ki, Vazeh Əsgərov nazirlikdə tamam gözdən düşdü, ona inamsızlıq yarandı…

Onun yerinə gələn Dünyamin Yunusov da bu kombinatorun tələsindən yaxa qurtara bilmədi. Universitetdə idarəolunmaz bir vəziyyət yarandı…

Nəhayət, strateji istəyinə çatdı – nazirlikdəki havadarlarının da köməyi ilə, rektor vəzifəsi tutan şəxs məqamına yetişdi… “Yuxarıdakı” dostlarının hesabına akkreditasiyadan hamı “bulaşıq” çıxdığı halda, bu “tərtəmiz” çıxdı…

Bəli, doğru anladınız, söhbət bir neçə gündür adı mətbuatın gündəmindən düşməyən və bu gün bütün bu hoqqalarından bezən tələbələrin açıq kütləvi aksiyaları ilə müşayiət olunan universitetin rektorundan – Əfqan Abdullayevdən gedir…

O Əfqan Abdullayevdən ki, rektor olan kimi, ilk işi tez-tez şou-toplantılar keçirib universitetdəki azad ab-havanı boğmaq, insanları qorxutmaq olub. Axı, belə tədbirlər həm də onun üçün özünün “rəhbər əzəməti”ni göstərə bilmək imkanıdır. Hətta belə tədbirlərdə öyrətdiyi çıxışçıların onun universitetdən işdən gedib, rektor qayıtmasının rəhmətlik Heydər Əliyevin qayıdışı ilə müqayisə edilməsinin də ayrıca ləzzəti var…

“İslahat” anlayışı isə indi bu rektorun bütün məkrli planlarını pərdələyən ən yaxşı vasitə olub. Məhz bu anlayış altında ilk addım kimi, keçmiş həmkarlarını – dünənə qədər bir yerdə çalışdığı dekanları bircə-bircə işdən çıxarmağa başladı, dekanlıq səlahiyyətlərini onlardan alıb hər şeyi öz əlində cəmləşdirdi. Bununla bir tərəfdən ona mane olan dekanları uzaqlaşdırdı, o biri tərəfdən heç də ucuz olmayan bu vəzifəni yeni gəlir qaynağına çevirdi. Doğrudur, onun bu işi ciddi qanunsuzluq, rüsvayçılıq və özbaşınalıqla həyata keçirildiyindən, ciddi etirazlar da yaratdı, hətta hörmətli professorlar da açıq dilə gəldilər. Ancaq kim idi onların rəyinə baxan?

Nəticədə, aşağı nüfuzlu, çirkli reputasiyalı, savadı da əvvəlkilərdən qat-qat az olan bəzi kəslər dekan vəzifəsini tutdular.
“İslahatlar”ın növbəti mərhələsi isə işçilərin maaşlarının kəsilməsi oldu. Dilə gələn, etiraz edənin isə dərhalca ərizəsini yazdırıb işdən qovdu, bəzilərinə isə sonra iş verəcəyi vədiylə aldatdı, işdən çıxardı.


Yeni işə götürülmək üçünsə qapısında növbələr vardı – vaxtılə tələbəsi -klienti olmuşlar, indi də eyni qaydada rahatca işçiyə çevrildilər! İxtisasları uyğun gəlməyən, savadları, tərbiyələri və əxlaqları qüsurlu bir neçə adamı isə qəfildən gətirib özünə müşavir etdi.

İnanmırsınız, prokurorluğa müraciət edin, gəlib yoxlasınlar! Əlbəttə, onun hüquq-mühafizə orqanlarında işləyən dostları yenə köməyinə çatmazsa… Axı onun “yuxarılar”da həmişə bərkgedən “dayılar”ı da az olmayıb. Məsələn, araşdırılsa görülər ki, yeni işə götürdüklərinin arasında Eldar Mahmudov-Çovdarov cütlüyünün işçiləri də az deyil…

Əfqan müəllimin növbəti islahatının hədəfi isə tələbələriydi! Onlarsız olmaz, axı o, onları “soymağa” gəlmişdi! O qədər zəif oxuyan və ya oxumayan tələbəni başına buraxmaq olmaz ki…
DÖVLƏT DİLLƏR UNİVERSİTETİNDƏ NƏLƏR BAŞ VERİR? - Dövlətin tərs şapalağı hər an sifətinizə çəkilə bilər!!!
Köhnə təcrübəsi bu işdə də Əfqan müəllimin köməyinə çatdı. 100-lərlə, bəlkə də 1000-lərlə kəsilmiş tələbənin qulağını elə “kəsmək” lazım idi ki, həm yeni dekanlar qazanca şərik olmasın, həm də ölkə rəhbərliyinin və xalqın bu prosesdən xəbəri olmasın! Ona görə də qış imtahanları başlamamışdan qabaq, birbaşa özünə bağlı və tabe olan İmtahan Monitorinq Mərkəzi yaratdı və qanunsuz olaraq da imtahanların keçirilməsini onlara tapşırdı.

Sessiya vaxtı imtahanlar qayda-qanunla keçirildi, hətta mətbuatı dəvət edib hər şeyin düzgün və şəffaf keçdiyini də bəyan etdi, gələn televiziya kanallarına “demokratik idarəçi” pozası da verdi, uşaq xahiş edənlərə “YOX” dedi, amma qonaqlar gedəndən sonra “şıdırğı yığım” başladı – bu proses yaxın günlərə qədər də gedirdi. Yəni söhbət pul qarşılığında imtahan kəsirlərini düzəltməkdən gedir! Pul yığanlar isə əlaltılardır – köhnə “biznesmen” müşavirlər, dostlar və b. Onları universitetdə çox yaxşı və adbaad tanıyırlar.

Məsələn, mövzunu araşdırmaq istəyində olanlara xırdaca bir fakt: qış imtahan sessiyasının başa çatmasına baxmayaraq, düzəldilmiş-saxta qiymətlərə dair məlumatlar bu gün də dekanlıqlara verilməyib, tələbələr isə hələ də qiymətlərini öyrənə bilmirlər!

Rektorun başqa bir “islahatı” Təhsil Nazirliyinin təşəbbüsü ilə universitetlərdə yaradılan “Sabah” qruplarına əl gəzdirmək oldu. Gələn kimi, bu quruplara rəhbərlik edən səriştəli insanları sıxışdırıb qaçırdı…

Universitetdə əvvəllər təchizat işlərinə baxanları da özünün təzə gətirdikllərinə tapşırıb və artıq bu sahədə də işlər pozulub.

Belə misalları çox çəkmək olar, nəyə müdaxilə edirsə, pis günə qoyur…

Son vaxtlar onun “islahatları”nın hədəfində daha çox kafedra müdirləridir. Axı bu vəzifə də çox bahalı vəzifədir! Bazara çıxarsan, yaxşı gəlir gətirir! Əfqan müəllim nazirlikdə akkreditasiya şöbəsində işləyib, universitetlərdə yoxlamalarda olub və zəif yerləri yaxşı bilir – buna görə də, kafedra müdirlərinin protokol kitablarını yoxlatdırmağa girişib.

Yeri gəlmişkən, bu yaxınlarda dekanlara tapşırıb ki, tələbələrə imtahan suallarını verməyin! Adını da qoyub ki, tələbə oxumalıdır! Amma əslində kişinin bu “islahat”ının əsas ideyası oydu ki, mümkün qədər çox tələbə kəsilsin! Axı çoxlu kəsiri olan tələbə həm də çoxlu pul deməkdir!


Amma tələbələr ayağa qalxıb etiraz etdilər, o da qorxub geri çəkildi və hiyləgərlik edərək, təqsiri kafedra müdirlərinin üstünə atdı. Çünki bilirdi ki, qorxusundan heç bir kafedra müdiri çıxıb tələbəyə deməyəcək ki, sizə sulların verilməməsi bizim təşəbbüsümüz deyil, Əfqan müəllimin “islahatlar paketi”ndən növbəti hoqqadır!

Yeri gəlmişkən, getdikcə professor və müəllimlər arasında hörmətdən düşməsini görüb, Təhsil Nazirliyinin onun arxasında olduğunu, hansısa vəzifəli adamlara “verdiklərinin” köməyilə yerində qalacağını deməklə onları da nüfuzdan salmağından qalmır…

Gülümsərov demişkən, Əfqan müəllimin “ideyaları” çoxdur, islahatlar aparmaq üçün xaotik enerjisi aşıb-daşır, amma problemləri də var. Birincisi, o, hələ təsdiq olunmayıb və belə getsə, yəni onun pedaqoji qaydalara zidd davranışları cəmiyyətə və yuxarılara məlum olduqca, onun “İSLAHATÇI” maskası yırtıldıqca, çətin ki, təsdiqlənə!

İkincisi, universitetin cəsarətli, vicdanlı müəllimlərinin və tələbələrinin etirazı gedikcə artır və bu etirazların əsas qaynağının da məhz Əfqan Abdullayev olduğunu artıq hər kəs görür, bilir…

Üçüncüsü və ən əsası isə, dövlətin tərs şapalağı…

Cənablar, o, hər an sizin sifətinizə dəyə bilər, dövlətin etibar etdiyi vəzifələri öz acgöz nəfsiniz, sonsuz tamahınızla çirkləndirməyin, aralı durun!!!

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR