18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sığorta şirkətləri də qiymətləri bahalaşdırır: BATMAMAQ ÜÇÜN
Xəyal Məmmədxanlı: “Onlar batmamaq üçün tariflərini qaldırmağa məcburdur”
Sığortada yeni tariflərin hesablanmasına başlanılacaq. Bildirilir ki, sığorta sahəsində də zərərlər durmadan artır. Bu səbəbdən sığorta tariflərinin yenidən işlənib hazırlanmasına ehtiyac yaranır. Yəni yaxın gələcəkdə sığorta şirkətləri öz tariflərində qiymətləri qaldıracaq. Bu günlərdə “Rəvan Sığorta”nın məsul aktuarisi Mirvari Ağayeva öz açıqlamasında bildirib ki, yeni sığorta məhsullarının yaranması və artıq özünü təsdiq etmiş sığorta məhsulları üçün yeni tariflərin hesablanması böyük əhəmiyyət kəsb edir:
“Sığorta sahələri sürətlə inkişaf edir və statistikalar, zərərlər durmadan dəyişir. Yaxın keçmişdə hesablanmış sığorta tarifləri öz aktuallığını qoruyub saxlaya bilmir və yeni tariflərin hesablanması üçün tələbat yaranır”. Sığorta şirkətinin rəsmisi əlavə edib ki, dəymiş zərərlərdə sığortalının iştirak edə bildiyi müxtəlif formalar var. Bu formalar tətbiq olunarkən sığortalının zərərlərdə iştirakı həm sığortalının maraqlarına, həm də sığortaçının maraqlarına cavab verməlidir.
Şübhəsiz ki, banklardan sonra bu dəfə də sığorta şirkətləri müəyyən tələbləri və tarifləri əhalinin üzərinə yükləmək niyyətindədir. Şirkət rəsmiləri açıqlamalarında açıq bəyan edirlər ki, bundan sonra da sığorta şirkətləri bankların etdiyini təkrarlayaraq, əhalini soyacaq.
“Ucuz ətin şorbası olmaz”
Məsələ ilə bağlı sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı mətbuata deyib ki, sığorta şirkətlərində tarif dərəcələrini müəyyən etmək üçün həmin sığorta növünün zərərliliyinə diqqət yetirirlər:
“Yəni nə dərəcədə zərərlidir. Tutaq ki, əgər avtomobil 5-10 il əvvəl sığortalanıbsa, zərərləri ümumilikdə yığdığınız pulun 30-40 faizini təşkil edirdi. Siz də o zaman normal qazanc əldə edirdiniz. Bu gün tutaq ki, ehtiyat hissələri, xidmət haqları və avtomobillərin özünün dəyəri bahalaşıb. Bu mənada 5 il əvvəlki tarifləriniz zərərlərinizi ödəmək üçün kifayət etmirsə, batmamaq üçün tariflərinizi qaldırmağa məcbursunuz. Söhbət bundan gedir, əhalini yükləməkdən deyil. Sığorta növü zərərlidirsə, sığorta ödənişlərini vermək üçün kifayət etmirsə, o zaman “ucuz ətin şorbası olmaz” misalı olur.
Siz müştəri cəlb etmək üçün çox ucuz sığorta tarifləri ilə müqavilə bağlayırsız, amma sabah müştərinin sığorta qəzası baş verir. Siz onun zərərinin əvəzini ödəyə bilmirsiniz. Yaxud da çalışırsınız ki, min bir bəhanə ilə müştərinin pulunu kəsəsiniz. Bu da göstərilən xidmətlərin səviyyəsinin xeyli məbləğdə aşağı düşməsi nəticəsinə gətirir. Bu isə dolayısı ilə müştərilərin narazı qalmasına səbəb olur. Ona görə də reallıq şəraitində bəzi sığorta növləri üçün tarif qiymətlərinin artması qaçılmazdır. Məsələn, 1996-cı ildə Azərbaycanda icbari məsuliyyət sığortası var idi. O vaxt cəmi 10 manat sığorta haqqı, 1000 manat isə sığorta ödənişi məbləği var idi. Məhz həmin ildə sığorta məbləği baş vermiş hadisələrin hamısının da olmasa, 70-80 fazinin əvəzini ödəməyə 1000 manat bəs edirdi. Bahalı maşınlar yox idi, ehtiyat hissələri çox ucuz idi.
Amma bu gün reallıq tamamilə əksinə gətirib çıxarıb. Təkcə yeni “Mercedes” C-Klass avtomobilinin arxa stopları, işıqları 4000-5000 avrodur. Bu da icbari sığortanın qiymətlərinin qaldırılmasına gətirib çıxarır. 5 il sonra bu da bəs etməyəcək. Yenə də qiymətlər qaldırılacaq, ehtiyat hissələri bahalaşacaq. Belə olan təqdirdə təbii ki, tariflərə yenidən baxılması qaçılmazdır”.
Xəstəxanaya girib-çıxmağımız 100 manatdan aşağı başa gəlmir...
Ekspertin sözlərinə görə tariflərə yenidən baxılsa da, bu real bir statistikaya və təhlillərə əsaslanmalıdır:
“Elə kefim istədi və qiymətləri qaldırdım deyə olmaz. Bunların hamısının arxasında ciddi bir analiz və statistik hesabat dayanmalıdır. Sığorta növündə zərərli olmaq o deməkdir ki, Maliyyə Nazirliyi sizin lisenziyanızı geri ala bilər. Ona görə də sığorta şirkətləri çalışırlar ki, o zərərlilik baryerini keçməsinlər. Ən azından müəyyən bir gəlir əldə etsinlər ki, onların fəaliyyətinin bir nümunəsi qalsın. Söhbət bundan gedirsə normal bir bəyanatdır. Hər şey bahalaşıbsa, gəlin biz də bahalaşdıraq, insanlara əlavə haqq yükləyək, təbii ki, bu yolverilməzdir. Məsələn, 10 il əvvəl tibbi sığortada 10 manatla bütün problemləri həll edə bilirdik. Bu gün isə xəstəxanaya girib çıxmağımız 100 manatdan aşağı başa gəlmir. 10 il əvvəl də tibbi sığortaya 200 manat bu gün də 200 manat veririk, bu nə qədər məntiqlidir? Bu bizim arzu etdiyimiz xidmətləri almağa kifayət etmir. Ona görə də hər şey bahalaşdığı kimi, sığorta haqlarının da bahalaşacağı qaçılmazdır. Bir şərtlə ki, ciddi əsaslandırmalara söykənsin”.
Emtv.az