SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DAHA BİR SIGORTA ŞİRKƏTİ LƏGV OLUNUR

27-04-2017, 14:14 | Oxunub: 8 093 |

DAHA BİR SIGORTA ŞİRKƏTİ LƏGV OLUNUR
Ölkədə yaranan maliyyə böhranından istifadə edən banklar və sığorta şirkətləri bu gün vətəndaşların ciddi narazılığı ilə üz-üzə qalıblar

Bu gün bank sistemində yaranan əsas problem əmanətlərlə bağlıdır.Belə ki, banklar artıq vətəndaşların əmanətlərinin geri qaytara bilmirlər və öz öhdəliklərini tam yerinə yetirmirlər.Bu hal sığorta şirkətlərində də yaşanır.Sığorta şirkətləri sığorta hadisəsi baş verdiyi zaman ödənməli olduğu xərcləri ödəməkdən imtina edirlər, ya da süründürməçiliyə yol verirlər. Təsadüfi deyil ki, ötən il bir sıra bank və sığorta şirkətləri fəaliyyətini dayandırdı.

Nəzərə alsaq ki, sığorta şirkətləri adətən, bankların tərkibində yaradılır, bu onu deməyə əsas verir ki, bağlanan banklara bağlı olan sığorta şirkətləri də fəaliyyətini dayandıracaq.Aparılan yoxlamalar zamanı isə bir sıra sığorta şirkətlərində maliyyə fırıldaqları, vergidən yayınma kimi faktlar qeydə alınır.Bu günlərdə isə Vergilər Nazirliyi “Atəşgah” sığorta qrupunda səyyar vergi yoxlamalarına başlayıb.Yoxlamalar qrupa daxil olan həm “Atəşhag Sığorta” ASC-də, həm də “Atəşgah Həyat Sığorta” ASC-də aparılır. Bununla əlaqədar maliyyə holdinqinin qapılarının möhürləndiyi, əməkdaşların iş prosesindən müvəqqəti kənarlaşdırıldığı bildirilir. Vergilər Nazirliyindən isə adı çəkilən sığorta şirkətlərində səyyar vergi yoxlamalarının aparılmadığı deyilib.Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb və onun nizamnamə kapitalı 5 milyon 8 min 5 yüz manat təşkil edir.Şirkətin səhmlərinin 63 faizi “İSR Holding” MMC-yə, 27faizi “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur. “Atəşgah Həyat Sığorta” isə 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 6,5 milyon manatdır və bu şirkətin 100 faiz səhmləri “Ran-Exim” MMC-yə məxsusdur.

Yoxlamaların məqsədi, səbəbi ictimaiyyətə açıqlanmasa da ehtimal olunur ki, aparılan yoxlamalardan sonra “Atəşgah Sığorta” qrupunun fəaliyyəti dayandırılacaq. Qeyd edək ki, vətəndaşların şikayət etdiyi sığorta şirkətlərinin siyahısında ən çox adı çəkilən də məhz “Atəşgah” sığorta şirkədir.Şikayətlərin əsasını isə dəymiş ziyanın zamanında ödənilməməsi, süründürməçiliyə yol verilməsi və bir çox hallarda ümumiyyətlə, ödəniş edilməməsi təşkil edir.Ehtimal olunur ki, yoxlamalara da məhz “Atəşgah Sığorta” şirkətindən başlanılması şikayətlərin çoxluq təşkil etməsilə bağlıdır.Ekspertlər hesab edir ki, sığorta şirkətlərində bu gün kifayət qədər problemlər var. Ödənişlərin edilməməsi, süründürməçilik bu gün sığorta müştərilərinin ciddi narazılıqlarına səbəb olur.Sığorta ekspertləri bildirir ki, sığorta şirkətləri yalnız bir halda ödəniş etməkdən imtina edə bilər ki, baş vermiş hadisə təbii fəlakət olsun.Ancaq sığrota şirkətlərinin adi yağan yağışdan, əsən küləkdən təbii fəlakət kimi istifadə edirlər və sığorta hadisəsi zamanı dəymiş zərərin ödənilməsindən imtina edirlər.Bu isə sığorta şirkətlərinin necə işləməsinin bariz göstəricisidir.

“Atəşgah Sığorta”nın isə səhm sahibları kifayət qədər nüfuza malik şəxslərin rəhbərlik etdiyi qurumlardır. SOCAR-ın adını çəkmək kifayət edər ki, bu şirkətlər qurupuna kimlərin rəhbərlik etdiyini görmək mümkün olsun.Vergilər Nazirliyinin dövlət şirkətinin səhmdarı olduğu qurumda yoxlamalara başlaması isə qaranlıq məqamların olduğundan xəbər verir.Hər bir halda yaxın zamanlarda yoxlamaların nəticəsi bəlli olacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR