17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda dini icma sədrinin gizli fəaliyyəti aşkarlandı
Azərbaycanda dini icma sədri qanunsuz fəaliyyətə və gizli dini yığıncaq təşkil etdiyinə görə cəzalandırılıb.
Göyçay rayon “II Ərəbcəbirli kənd məscidi” dini icmasının sədri Məmmədov Ruslan Ənvər oğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən deyil, başqa mənbələrə aid təqvimdən istifadə edərək dini ayinlər icra edib. Bundan başqa, sədri olduğu icmaya aid məsciddə yox, sakini olduğu Qəbələ rayon Duruca kəndində bir qrup şəxslə gizli dini ocaq yaradıb və məscid adlandıraraq, orada qanunsuz fəaliyyət göstərib.
R. Məmmədov artıq dini icma sədrliyindən uzaqlaşdırılıb. İcmadan uzaqlaşdırıldıqdan sonra onun bu fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qurumlara məlumat verilib, araşdırma aparılır.
R. Məmmədovun yerinə isə qeyd olunan icmaya Şirəliyev Rəşad Cavad oğlu sədr seçilib.
Emtv.az