SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Anar Eurovision-ı tənqid etdi: - Dianaya haqsızlıq olundu

19-05-2017, 13:25 | Oxunub: 10 980 |

Anar Eurovision-ı tənqid etdi: - Dianaya haqsızlıq olundu
“Eurovision 2017” mahnı müsabiqəsində stilist olaraq Ukraynaya gedən Anar Ağakişiyev qayıtdıqdan sonra yarışma təəssüratlarını bölüşüb.

O, təmsilçimiz Diana Hacıyevaya qarşı haqsızlıq edildiyini söyləyib:

“İlk üçlükdə yer alan ölkələrin seçimi haqlı idi. Amma Dianaya bir az haqsızlıq olundu. Mahnı gözəl idi, tutduğu yer aşağı. Portuqaliya və digər dövlətlərin tanıtımları daha güclü qurulmuşdu. Ona görə də bizim təmsilçimiz geridə qaldı. Səhnə performansını əməkdar artist Nailə Məmmədli hazırlamışdı, mahnını İsa Məlikov yazmışdı. Mahnıda öz ab-havamızın olması xoş idi. Diana favoritlər sırasında yer alırdı. Məşqlər zamanı onu hər kəs dəstəkləyirdi. Hər zaman “Eirovision” səhnəsində işıqlar, 3D effektleri görməyə alışmışıq. Amma bu dəfə Diana fərqli bir səhnə nümayiş etdirdi. Onun performansı əsl tamaşa idi.
Tamaşaçıya mahnıdan əlavə təmsilçinin hekayəsi maraqlıdır. Portuqaliya təmsilçisinin hekayəsi var idi. Onlar tamaşaçını inandırırdılar ki, qalib oğlanın ürək xəstəliyi var və o donor növbəsindədir. Onun məşqlərdə belə mahnısını bacısı oxuyurdu. Guya buna yük düşür. Eyni zamanda Salvador Sobral miqrantlara dəstək olurdu. Mahnıda da bu mesajı verirdi. İkinci olan Bolqarıstan və üçüncü yeri tutan Moldova təmsilçinin də mahnısında hekayə var idi. Onların müsbət tərəfi bu oldu. Düşünürəm ki, gərək Diana da özü üçün maraqlı hekayə düşünərdi. Mahnı cavabsız sevgidən bəhs edirdi. Gərək müsahibələrində həyatı ilə bağlı sevgi hekayəsi danışardı".


A.Ağakişiyev Diananın saç düzümü və makiyajından söz açıb:

“Mən Diananı makiyaj etməmişdim. Vokalistlər və rəqqasların makiyajı ilə məşğul idim. Mən komandaya daxil olanda, artıq Diananın makiyaj və saç düzümünün planı hazır idi. Təmsilçimizin geyimi son dəbə uyğun idi. Həm də bu stil Diananın oxuduğu tərzə uyğundur. Bu yarışmada məncə açıq-saçıq geyim heç bir faktor daşımır. Yarımfinalda Makedoniya təmsilçisi o qədər açıq-saçıq geyinmişdi ki... Polşa təmsilçisinin bir ayağı lüt idi, elə bil çimərlik geyimində çıxmışdı".

Stilist səhnəarxası məqamlardan söz açıb:

"Bir neçə ildir bədxah qonşulardan geridə qalırıq. Bu il onları 4 pillə irəlilədik. Mənim üçün bu çox sevindirici haldır. Bütün ölkələrin təmsilçiləri Dianaya gözəl münasibət bəsləyirdi. Hətta çoxları deyirdi ki, kaş Azərbaycan qalib gəlsin, gələn il orada keçirilsin. Komandalar bizim ölkədə keçirilən "Eurovision" müsabiqəsini tərifləyirdilər. Deyirdilər ki, sizdə hər gün dörd dəfə pulsuz yemək verilirdi. Ukraynada isə hər kəs yeməyi öz pulu ilə alırdı. Təşkilatçılıq çox zəif idi".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR