SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Eurovision-2017”-nin bütün finalçıları bəlli olub

12-05-2017, 12:07 | Oxunub: 10 304 |

“Eurovision-2017”-nin bütün finalçıları bəlli olub
Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İkinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb.

Yarımfinalda Makedoniya, Malta, Hollandiya, Serbiya, Danimarka, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç, Belarus çıxış edəcək nümayəndələri çıxış ediblər.

Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriyadır.

Beləliklə, mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.

Finala vəsiqə qazanmış təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.

Müsabiqənin mayın 9-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Avstraliya, Kipr, Belçika və Ermənistandır.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr – müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR