SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Vahid Əhmədov: “Rəsmilər dövlət televiziyasına çıxıb deməlidirlər ki, Beynəlxalq Bankda nə baş verir?”

16-05-2017, 13:33 | Oxunub: 7 337 |

Vahid Əhmədov: “Rəsmilər dövlət televiziyasına çıxıb deməlidirlər ki, Beynəlxalq Bankda nə baş verir?”
“Azərbaycan iqtisadiyyatı ilə bağlı hər zaman mühüm addımlar atılanda, nəhəng layihələr reallaşdırılanda, yaxud prezident seçkiləri keçiriləndə Rusiya müxtəlif təzyiqlər planını işə salır. Rusiya faktiki olaraq Azərbaycanın müstəqil dövlətini qəbul etmək istəmir. Ona görə də vaxtaşırı Azərbaycana təzyiqlər göstərir. Minsk Qrupunun üzvü olduğu halda Ermənistana silah verir”.

Deputat Vahid Əhmədov bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söylədi. İstiqlalçı deputat qeyd etdi ki, Azərabycanın daimi müstəqil siyasət yürütməsi şimal qonşumuzu qane etmir.

V.Əhmədov Ümumrusiya Azərbaycan Konqresinin ləğvinin qarşılığında addımlar atmağa çağırdı: “Avropaya inteqrasiya istiqamətində addımlar sürətləndirilməli, Azərbaycanın Rusiyadan silah alması məhdudlaşdırılmalı, ölkəmizin NATO-ya inteqrasiyasına önəm verilməlidir. Amma Azərbaycandakı rus icmasına qəti şəkildə toxunmaq olmaz!”

V.Əhmədov digər bir vacib məsələyə də toxundu. Bildirdi ki, son vaxtlar Beynəlxalq Bankda yaranmış problemlərlə bağlı durum çox ciddi nəticələrə gətirib çıxarıb: “Bu məsələ Azərbaycanın maliyyə bazarına ciddi təsir göstərib. Ona görə də Azərbaycan rəsmiləri dövlət televiziyasına çıxıb nə baş verdiyi barədə ictimaiyyətə məlumat verməlidirlər, deməlidirlər ki, Beynəlxalq Bankda nə baş verir?”

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR