17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Biz istəyirik ki, hər şey tam şəffaf olsun” – Əli Əhmədov
“Hər bir dövlətin təhlükəsizliyini qorumaq üçün addımlar atmaq hüququ var. Torpaqlarımız işğal olunub, 1 milyona qədər insanımız qaçqın və məcburi köçkün şəraitindədir”.
Bu sözləri baş nazirin müavini Əli Əhmədov beynəlxalq donorların fəaliyyətinin müəyyən qədər məhdudlaşdırılması ilə bağlı sualı cavablandırarkən deyib. O bildirib ki, beynəlxalq donorlar ilk növbədə Azərbaycanda qaçqın və köçkün problemlərinin köklü həllinə, torpaqların işğaldan azad edilməsinə yardımçı olmalıdırlar: “Ona görə də, ilk növbədə dövlət maraqlarını düşünməliyik. Hər hansı beynəlxalq donorun üzərinə kölgə salmaq niyyətində deyiləm. Ancaq Azərbaycan torpaqlarının bir hissəsi işğal edilən, müharibə vəziyyətində olan ölkədir. Ona görə də bu, hökuməti müəyyən addımlar atmağa məcbur edir. Buna görə də beynəlxalq donorların fəaliyyəti ilə bağlı sərtləşmələr var. Başqa ölkələr də belə addımlar atır. Bu sahədə tam şəffaflığın olması yaxşı olar. Amma təəssüf ki, hökumətin bu sahədə şəffaflıq tələb etməsini bəzi donorlar əngəl yaradılması kimi qiymətləndirir. Biz istəyirik ki, hər şey tam şəffaf olsun. Ayrılan vəsaitin hansı məqsədlə və hara xərcləndiyini bilək”.
Emtv.az