SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

BİR KƏNDDƏ 2 QADINI ZORLAMAĞA CƏHD EDİB, AMMA… – Kürdəmirin Quşlar kəndində gərginlik (Şikayət)

12-05-2017, 12:42 | Oxunub: 7 241 |

BİR KƏNDDƏ 2 QADINI ZORLAMAĞA CƏHD EDİB, AMMA… – Kürdəmirin Quşlar kəndində gərginlik (Şikayət)
“Kürdəmir rayonu Carlı inzibati Ərazi Dairəsinə daxil olan Quşlar kəndində xeyli vaxtdır ki, gərginlik hökm sürür. Kənddə hər an xoşagəlməz hadislər baş verə bilər. Buna səbəb kənd sakini Zərbəliyev Təşkilat Akif oğlunun törətdiyi ləyaqətsiz əməllərə görə cəzalandırılmamasıdır”. Bu fikirlər Kürdəmir rayonu Carlı kənd sakini Həsənov Mürvət Məhəmmədəli oğlunun müxtəlif dövlət orqanlarının rəhbərlərinə, o cümlədən Baş Prokuror Zakir Qaralov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digərlərinə müraciətindən götürülüb.

Çoxsaylı belə müraciətlərin nüsxələri mətbuata daxil olub. Sənədlərdən belə məlum olur ki, sözügedən M.Həsənov təkcə Təşkilat Zərbəliyevdən deyil, həm də onun cinayət xarakterli əməllərinə hüquqi qiymət verməkdən imtina edən Rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevdən də şikayətçidir. Belə ki, T.Zərbəliyev onun gəlini, 2 uşaq anasını zorlamağa cəhd göstərsə də, hüquq-mühafizə orqanları bu hadisəyə hüquqi qiymət vermək istəmirlər. M.Həsənov hququ-mühafizə orqanlarının rəhbərlərinə, həmçinin PA rəhbəri Ramiz Mehdiyevə müraciətində yazır:

“22 sentyabr 2016-cı il tarixində axşam saat 20:30 radələrində həmkədlimiz, qonşuluqda yaşayan Təşkilat Zərbəliyev 2 azyaşlı uşaq anası olan gəlinim Günel Həsənovanı zorlamağa cəhd etmişdir. O, oğlum Şövqinin Bakıda fəhləlik etdiyini, gəlinimin evdə tək olduğunu bilərək, belə bir vicdansızlığa yol vermişdi. Ancq gəlinim müqavimət göstərərək, ona xəsarət yetirdiyindən və qışqıraraq bizi köməyə çağırdığından, məqsədinə nail ola bilməmiş, qaçıb getmişdir.

Hadisədən dərhal sonra biz və qohumlarımız yığışaraq, Təşkilat Zərbəliyevin ailəsinə getdik, baş verənlərə görə izahat istədik. Ancaq onlar oğullarını tənbeh etmək əvəzinə, onu müdafiə etdilər. T.Zərbəliyevin özü isə hadisəni inkar edərək, gəlinimin onu şərlədiyini bildirdi. Ancaq ortada bunu sübut edəcək faktlar vardı. Gəlinimə xəsarət yetirmişdi. Buna görə də biz faktla bağlı dərhal Kürdəmir Rayon Polis İdarəsinə məlunmat verdik. Polis İdarəsindən elə həmin axşam gələrək gəlinimin ərizəsini və izahat aldılar. Eyni zamanda hadisə yerinə baxış keçirildi, təcavüzə cəhd zamanı gəlinimin əynində olan paltarlar ekspertiza üçün protokol əsasında götürüldü. Həmin axşam T.Zərbəliyev də Polis İdarəsinə aparıldı. Bundan sonra materiallar cinayət işi başlamaq üçün Kürdəmir Rayon Prokurorluğuna verildi. Biz bundan əvvəl də belə əməllərə yol verən T.Zərbəliyevin həbs ediləcəyəyini gözlədiyimiz halda, bir də eşitdik ki, prokurorluq 30 dekabr 2016-ci il tarixdə cinayət işinə xirtam verib. Biz də təbii ki, bundan Baş Prokurorluğa şikayət etdik”.


BİR KƏNDDƏ 2 QADINI ZORLAMAĞA CƏHD EDİB, AMMA… – Kürdəmirin Quşlar kəndində gərginlik (Şikayət)


Şikayətçi bildirir ki, bundan sonra xətm qərarı ləğv olunub və iş yenidən araşdırılmaya qaytarılıb. “İşdə açıq-aşkar qanunsuzluğa yol verildiyindən, dəlillərə obyektiv qiymət verilmədiyindən Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən xitam qərari ləğv edildi. Ancaq təəssüf ki, iş baxılmaq üçün yenidən Kürdəmir Rayon Prokurorluğuna göndərildi. Halbuki, biz işə obyektiv baxılması üçün Sabirabad və ya İmişli rayon prokurorluqlarına göndərilməsini xahiş etmişdik. Çünki Kürdəmir Rayon Prokurorluğunda işə obyektiv baxılacağına inanmırdıq”.

Ailənin işə obyektiv baxılacağı ilə bağlı gözləntiləri bu dəfə də özünü doğrultmayıb. “Baş Prokurorluq işi 14 yanvar 2017-ci ildə əlavə istintaqın aparılması üçün Kürdəmir Rayon Prokurorluğuna göndərdi. İşin araşdırılması yanvarın 23-də rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevə həvalə olundu. Ancaq heç ay yarım keçməmiş Faiq Quliyev işə yenə xitam verərək, işdə cinayət tərkibinin olmadığını bildirdi”.

Mürvət Həsənovun sözlərinə görə, rayon prokurorunun böyük köməkçisi Faiq Quliyev sadəcə tarixləri dəyişməklə, əvvəlki qərarı olduğu kimi saxlamış, onların göstərdiyi faktlar, kənd camaatının müraciətləri nəzərə alınmamışdır: “İş Faiq Quliyevə araşdırılmaq üçün verildiyi halda, gəlinimi yenidən dindirməmişdir. Gəlinimin və bizim ifadələrimizdə göstərilənlər, üzləşmə zamanı ortaya çıxan xüsusatlar nəzərə alınmamışdır. Ancaq əvəzində T.Zərbəliyevin və onun ailə üzvlərinin ifadələri əsas götürülərək, cinayət işinə xitam verilmişdir. Halbuki, T.Zərbəliyevin ailə üzvlərinin onu müdafiə edəcəyi hər kəsə məlumdur. Şahid kimi isə gəlinimin yaşadığı evdən, təxminən 200 metr aralıda yaşayan A. Məmmədovun səs eşitmədiyinə dair ifadəsi və T.Zərbəliyevin yaxınlarının fikirləri əsas götürülmüşdür.
Bundan başqa, hadisə 22 sentyabr 2016-cı il tarixində baş verdiyi halda, T.Zərbəliyevin sərxoşluğu barədə narkoloq rəyi 23 sentyabr tarixində alınmışdır. Gəlinimi zorlamağa cəhd etmiş T.Zərbəliyev məhkəmə-psixiatrik ekspertizaya göndərilməmişdir.
Eyni zamanda istintaq zamanı T.Zərbəliyevi təmizə çıxarmaq üçün onun 3 ildə heç bir qanunazidd hərəkətə yol vermədiyinə dair Rayon Polis Şöbəsindən arayış alınmışdır. Halbuki, eyni hərəkəti 07.02.2013-cü il tarixdə başqa həmkəndlimizin evinə girərək törətmişdir”.


Mürvət Həsənovun sözlərinə görə, bununla bağlı 103 nəfər kənd sakini Baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Mətbuata təqdim olunan həmin şikayət məktubunda iddia olunur ki, kənddə köməksiz, həyat yoldaşı yanında olmayan qadınlara qarşı dəfələrlə təcavüzə cəhd edən “manyak” peyda olub. “Hörmətli Baş Prokuror, Sizə yazmağımıza səbəb kəndimizdə “manyakın” peyda olması və onun törətdiyi əməllərə görə cəzasız qalmasıdır” – deyə sənəddə bildirilir.

Məktubda həmçinin göstərilir ki, kənd sakini Zərbəliyev Təşkilat Akif oğlu dəfələrlə törətdiyi bu əməli növbəti dəfə 22 sentyabr 2016-cı il tarixində 2 azyaşlı uşaq anası olan və həyat yoldaşı Bakıda fəhləlik edən Günel Həsənovaya qarşı törətməyə cəhd edib. İddia olunur ki, sözügedən şəxs həmin gün saat 20:30 radələrində sərxoş halda Günel Həsənovanın yaşadığı həyətə gəlmiş və qadının tək olmasından istifadə edərək, ona təcavüz etməyə çalışmışdır.
Kənd sakinləri də Təşkilat Zərbəliyevin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bildirirlər ki, işə xitam verilməsi qanunsuzdur və məqsədli xarakter daşıyır:


BİR KƏNDDƏ 2 QADINI ZORLAMAĞA CƏHD EDİB, AMMA… – Kürdəmirin Quşlar kəndində gərginlik (Şikayət)


“Bütün istintaq hərəkətləri cinayət əməlini törətmiş Təşkilat Zərbəliyevin xeyrinə aparılmışdır. Zərbəliyev Təşkilat 2013-cü ildə bir nəfər həmkəndlimizin evinə girmiş və həmin vaxt qadının həyat yoldaşı və qaynı evə gələrkən, arxa pəncərədən qaçmış, ancaq paltarları həmin evdə qalmış, həmin paltarlar isə sübut kimi hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Bir müddət Təşkilat kəndimizdən qaçaraq, gizlənmişdir”.

Sakinlər bildirir ki, o vaxt da T.Zərbəliyevə qarşı hüquq-mühafizə orqanları lazımi tədbir görməyib. Nəticədə cəzasızlığına əmin olan bu şəxs, yenə də həmin əməllərini törətməkdədir.

Məktubda iddia olunur ki, kənd qadınları pambıq yığımına, məclislər belə getməyə ehtiyatlanırlar. 103 nəfərin imzaladığı müraciətdə xahiş olunur ki, bu şəxsə qarşı qanunun nəzərdə tutduğu formada ən sərt tədbir görülsün və ümumiyyətlə, ailəsinin kənddən çıxarılması təmin olunsun.

Yuxarıda da qeyd edildiyi kimi, T.Zərbəliyevin kənddə başqa bir ailəyə qarşı da eyni hərəkəti etməsi istintaqın diqqətindən “yayınmışdır”. M. Həsənovun iddiasına görə, bu faktın gizlədilməsi təsadüfi deyil:

“Çünki həmin vaxt da kənd sakinlərinin T.Zərbəliyevin məsuliyyətə cəlb olunması tələblərinə baxılmamışdır. 7 fevral 2013-cü il tarixdə 103 kənd sakininin imzası ilə ərizə verilsə də, cinayət işinin başlanlması tələbi rədd edilmişdir. İndi də eyni hal baş verir. Bu da T.Zərbəliyevin hansısa səbəbdən rayon prokurorluğu tərəfindən himayə edildiyini söyləməyə əsas verir”.

Sonda M.Həsənov qeyd olunanları əsas götürərək, Baş prokuror Zakir Qaralovdan Kürdəmir Rayon Prokurorluğunun böyük köməkçisi Faiq Quliyev tərəfindən xitam verilmiş 160606022 saylı cinayət işinin təzələnməsi barədə qərar qəbul etməyi və işin obyektiv aparılması üçün şəxsi nəzarətinə götürməsini xahiş edir:

“Cənab prokuror, hansı qadın, hansı ana heç bir səbəb olmadan özü haqqında, ailəsi haqqında yuxarıda göstərilən şər-böhtanı yayar? T.Zərbəliyev tərəfindən belə hadisələrin təkrarlanması kəndimizdə böyük faciələrə səbəb ola bilər. Xahiş edirik, bu məsələ ilə bağlı tədbir görülməsini təmin edəsiniz.”

Kürdəmir Rayon Prokurorluğunun, Baş Prokurorluğun, həmçinin ittiham olunan ailənin – Zərbəliyevlərin mövqeyinə öyrənməklə, mövzuya yenidən qayıdacağıq.
BİR KƏNDDƏ 2 QADINI ZORLAMAĞA CƏHD EDİB, AMMA… – Kürdəmirin Quşlar kəndində gərginlik (Şikayət)


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR