SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Qazaxda icra başçısı müavininin özbaşınalığı – ŞİKAYƏT

20-04-2017, 11:50 | Oxunub: 17 843 |

Qazaxda icra başçısı müavininin özbaşınalığı – ŞİKAYƏT
Mətbuata tez-tez Qazax rayonunda baş verən qanunsuzluqlar, vətəndaşların hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olur. Elə qəzetimizin ötən saylarından brində də Qazaxda məcburi köçkün ailələrinə qarşı haqsızlıqdan bəhs etmişdik. Belə ki, onların sayğacları dəyişdirilmiş və yeni sayğaclarda sərfiyyat iki dəfə artıq göstərilmişdi. Faktiki olaraq, rayon elektrik şəbəkəsi məcburi köçkünlərdən işlətdikləri elektrik enerjisinin pulunu ikiqat tələb edirdilər. Məcburi köçkünlər rayonun icra başçısına müraciət etsələr də, bunu bir faydası olmamışdı. Bu gün redaksiyamıza daxil olan şikayətdə də elə Qazax rayonunda məcburi köçkünlərin hüquqlarının pozulmasından bəhs olunur. Belə ki, məcburi köçkünlər və onların ailələri ixtisar adıyla öz iş yerlərindən kütləvi şəkildə kənarlaşdırılırlar.

Araşdırmalarımızın nəticəsinə görə, yerli hakimiyyət orqanları bu addımı atarkən Nazirlər Kabinetinin qərarına istinad edirlər. Daha dəqiqi, həmin qərarı öz istədikləri kimi şərh edib, qanunsuz əməllərini həyata keçirirlər. Qazax rayonunun işgal altında olan Barxudarlı kənd sakini Mirzəyeva Fəridə Mecid qızı qanunsuz olaraq işdən kənarlaşdırılıb. Fəridə xanımın həyat yoldaşı məcburi köçkündür, ailəsini zorla dolandırır. Fəridə Mirzəyevanın aldığı məvacib ailənin 4 günlük xərcini də ödəmir. O, iş yerindən cəmi 72 manat əmək haqqı alırdı. Qazax rayon icra hakimiyyətinə etdiyi müraciətlərinə baxmayaraq, onun həyat yoldaşını öz problemlərini yerli məmurlara bildirmək üçün icra hakimiyyətinin həyətinə belə buraxmayıblar. Məlumata görə, buna Qazax rayon icra basçısının müavini Gülayə Həsənova mane olub. Bu da təsadüfi deyil. Belə ki, baxçalar və məktəblər onun kurasiyasındadır. Fəridə Mirzəyevanın başına gələn hadisədən 5 ay ötüb. Beş aydır ki, o, işsizdir. İndi isə Fəridə Mirzəyevaya məlum olub ki, onun əvəzinə həmin iş yerinə başqa bir şəxsi qəbul ediblər. Ötən 5 ay ərzində isə Gülayə Həsənovaya yalançı vədlər verib. Belə ki, o, Fəridə xanıma yarım “oklad” iş saatı söz verib. Təəssüf ki, əlaqədar qurumlar, eləcə də dəfələrlə Prezident Administrasiyası qarşısında rüşvətsiz və korrupsiyasız rayon öhdəliyi götürən İcra Hakimiyyəti başçısı Rəcəb Babaşov öz tabeçiliyində olan Gülayə Həsənovanın qanunsu əməllərinə qarşı heç bir tədbir görmür.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR