SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Qazaxda Milli Qəhrəmanın xatirəsinə abidə-bulaq kompleksi açılıb

14-04-2017, 13:52 | Oxunub: 17 775 |

Qazaxda Milli Qəhrəmanın xatirəsinə abidə-bulaq kompleksi açılıb
Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Firuddin Şamoyevin xatirəsinə tikilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Emtv.az Azərtac-a istinadən xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, cəbhə bölgəsində yerləşən Qazax rayonu torpaqlarımız uğrunda gedən döyüşlərdə 292 şəhid verib. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bundan əvvəl də şəhidlərə hörmət əlaməti olaraq onların xatirəsinə bulaq-abidə kompleksləri inşa edilib. Ümumiyyətlə, Qazax şəhərində şəhidlərin xatirəsinə 7 bulaq-abidə kompleksi tikilib.

Sonra rayon ağsaqqalı Xanqulu Süleymanov, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal, şair Cavanşir Rüstəm, qəhrəmanın adını daşıyan şəhər 4 nömrəli tam orta məktəbin direktoru Məhəmməd Aşırov və başqaları çıxış edərək şəhidin keçdiyi döyüş yolundan danışıblar.

Milli Qəhrəmanın həyat yoldaşı Həmayıl Şamoyeva onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından minnətdarlığını bildirib.

Tədbirdə məktəblilər və Firuddin Şamoyevin nəvələri qəhrəmana həsr olunmuş şeirlər söyləyiblər.

Emtv.az
Qazaxda Milli Qəhrəmanın xatirəsinə abidə-bulaq kompleksi açılıb
Qazaxda Milli Qəhrəmanın xatirəsinə abidə-bulaq kompleksi açılıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR