SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

LAÇINLI QƏHRƏMANIN ANIM GÜNÜ KEÇİRİLİB

19-12-2015, 15:36 | Oxunub: 6 791 |

LAÇINLI QƏHRƏMANIN ANIM GÜNÜ KEÇİRİLİB
Beynəlxalq Mətbuat Mərkəzində şəhid Elnur Cabbarovun anım mərasimi keçirilib.
Mətbuatın məlumatına görə, “Laçın və laçınlılar” qrupu, “Laçın yurdu” jurnalı, Lacin.info saytı, “Laçın Film Prodakşn” və “İdea reklam”ın təşkilatı dəstəyi ilə baş tuttan mərasimdə qəhrəmanın ailə üzvləri,yaxınları, Qarabağ qaziləri, şəhid ailələri, ziyalılar, qeyri-hökümət təşkilatlarının təmsilçiləri, ictimaiyyət və media nümayəndələrinin və digər rəsmi şəxslər iştirak edirdi.Tədbir əvvəlcə dövlət himninin səslənməsi ilə başladı.Mərasimdə çıxış edənlər şəhid Elnur Cabbarovun keşməkeşli və şərəfli həyat yolundan,vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açdılar. Bildirildi ki, 22 fevral 1973-cü ildə Laçın şəhərində anadan olan Elnur əslən Xırmanlar kəndindəndir. Qəhrəmani tanıyanlar dedilər ki,Elnur hələ uşaq ikən vətənə, torpağına millətinə olan sevgisi hiss olunurdu. 1990-cı ildə Laçın şəhər 1 №li orta məktəbi bitirdikdən sonra 1991-ci ilin dekabr ayından xidmətə yollanan Ellur 1994-cü ilin aprel ayında Laçın Rayon Polis Şöbəsinin şəxsi heyətinin tərkibində ən ağır döyüşlərdə iştirak edir. Tığik kəndi uğrunda gedən döyüşlərdə yaralanan qəhrəmanımız, sağaldıqdan sonra yenidən Qayğı qəsəbəsi istiqamətində gedən döyüşlərdə igidliklə vuruşur. 1994-cü il dekabrın 28-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin müdafiəsi zamanı düşmən gülləsinə tuş gələrək həlak olur .Elnur Cabbarov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. O Subay idi. Mərasimdə o da vurğulandı ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Elnur Zakir oğlu Cabbarov kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxılayır. Bildirdilər ki, xalqımızın ən qeyrətli övladları Azərbaycanın ərazi bütövlüyünə qəsd edən düşmənə qarşı mübarizədə əsl qəhrəmanlıq nümunələri göstəriblər. Milli ordunun hələ tam formalaşmadığı bir dövrdə özünümüdafiə dəstələrinə könüllü qoşulan bu mübariz oğullar canlarını belə Vətən uğrunda əsirgəmədən erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucaldılar.
Tədbirdə çıxış edən ziyalılar,şəhidin yaxınları dövlətin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğıdan danışdılar. Vurğulandı ki, bu gün prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan günü-gündən inkişaf edir.Ölkə əhalisinin o cümlədən şəhid ailələrin, imtiyazlı şəxslərin sosial rifahı yaxşılaşdırılır. Dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinə evlər tikilib verilir, onlara yardımlar ayrılır. Bu da öz növbəsində onu bir daha təsdiq edir ki,şəhid ailələri hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər danılmazdır.


LAÇINLI QƏHRƏMANIN ANIM GÜNÜ KEÇİRİLİB

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR