SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"İordaniya Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanı dəstəkləyir" - Baş nazir

11-05-2017, 14:13 | Oxunub: 9 960 |

"İordaniya Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanı dəstəkləyir" - Baş nazir
“İordaniya beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəkləyir”.

Bunu Baş nazir Artur Rasi-zadə bu gün ölkəmizdə səfərdə olan İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılığı ilə nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanla İordaniya arasında siyasi münasibətlərin dövlət başçıları səviyyəsində daim inkişaf etdiyini vurğulayan A.Rasi-zadə, həmçinin ölkələrimiz arasında turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın mövcudluğunu nəzərə çatdırıb. İkitərəfli faydalı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu xatırladan A.Rasi-zadə qonaqların Bakıya səfərinin də qarşılıqlı təcrübə və fikir mübadiləsi baxımından səmərəli keçəcəyinə, həmçinin əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Beynəlxalq terrorizm, ekstremizm və etnik separatçılıq meylləri ilə mübarizə kontekstində Ermənistanın hərbi təcavüzkarlıq siyasətinə toxunan Baş nazir İordaniyanın beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəklədiyini, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduğunu məmnunluqla qeyd edib.

İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh öz ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, regionun ən inkişaf etmiş zəngin ölkəsi ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini deyib.

Daha sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya idmançılarının da geniş heyətlə iştirakını xatırladan Atef Yusif Saleh əl-Taravneh, bu iri miqyaslı beynəlxalq idman tədbirinin xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcəyini vurğulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR