18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hakim oğlunun ölümünə səbəb olan sürücünün şikayəti rədd edildi
Hakim oğlunun ölümünə səbəb olan şəxsin şikayəti təmin edilməyib. Onun barəsində çıxarılmış 7 illik cəza qüvvədə saxlanılıb.
Bakı Apellyasiya Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.
Qərara əsasən, prokurorun apellyasiya şikayəti və təqsirləndirilən şəxsin isə apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin Rəhim Kərimov barəsində çıxardığı 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.
Hadisənin təfərrüatı ilə bağlı qeyd edək ki, avtomobil qəzası ötən ilin may ayında baş verib.
Qəza zamanı Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu qəzada ölüb.
Saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada Rüfət Allahverdiyevi vurub.
R.Allahverdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qəzanı törədən Rəhim Kərimovun atası Kərimov Yüzasif Respublika Klinik Xəstəxanasının keçmiş baş həkimidir, əvvəllər Səhiyyə Nazirliyinin rəyasət heyətinin də üzvü olub.
Məlumata görə Yüzasif Kərimov bu hadisədən sonra vəzifədən uzaqlaşdırılıb.
Emtv.az