SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin səbəbi…” – Dünya Bankı

11-05-2017, 10:52 | Oxunub: 7 714 |

“Azərbaycan iqtisadiyyatına mənfi təsirlərin səbəbi…” – Dünya Bankı
“Azərbaycan iqtisadiyyatı üçün hərtərəfli strategiya lazımdır”. Bunu Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, neft gəlirlərinin azalması səbəbindən Azərbaycan alıcılıq qabiliyyətini 25% itirib və bu, milli iqtisadiyyat üçün çox böyük şok yaradıb.

“Azərbaycan xüsusilə ixracyönümlü mal və xidmətlər sahəsini inkişaf etdirməlidir. Mən Azərbaycanda sonuncu dəfə olarkən iqtisadiyyat sahəsində tədbirlərlə bağlı 5 zəruri istiqaməti açıqlamışdım. Bunlardan birincisi monetar siyasətlə bağlı idi. Həmin dövrdən bəri bu istiqamətdə müəyyən tədbirlər görülüb. Azərbaycanda məzənnə çevikliyi təmin edilməlidir. Yəni ölkədaxili qiymətlər xarici qiymətlərə uyğunlaşmalıdır. Bu, məzənnənin hesabına baş verməzsə, qiymətlərin korreksiyası hesabına baş verəcək. Azərbaycanda məzənnənin korreksiyası gec baş verdi. Buna görə də iqtisadiyyata mənfi təsirlər çox oldu. Azərbaycanın monetar siyasətində vəziyyət xeyli yaxşılaşıb. Bununla belə, bank sektorunun sağlamlaşdırılmasını təmin etmək vacibdir. Neftin qiymətinin düşdüyü bir şəraitdə bank sektorunun sağlamlığı vacibdir. Banklar fiskal siyasət hesabına yox, restrukturizasiya hesabına sağlamlaşdırılmalıdır. Bank sektoru üçün ən optimal struktur islahatları seçilməlidir. Bundan başqa, banklar yeni iş yerlərinin yaradılmasına dəstək verəcək xidmətlər göstərməlidir. Bank sektoru iri şirkətlərin, neft sektoru və tikinti sektorunun maliyyələşməsinə diqqət yetirirdi. Azərbaycanda bankların yeni sahələri maliyyələşdirmək baxımından bir o qədər təcrübəli yoxdur”.

H.Timmer bildirib ki, Azərbaycanda fiskal dayanıqlıqla bağlı xeyli işlər görülüb: “Amma fiskal tədbirlər gecikdiyindən bəzi çətinliklər qalmaqdadır. Xarici şokun yaratdığı çətinliklərin əhali arasında paylanmasına xüsusi diqqət yetirilməli və əhalinin aztəminatlı hissəsinə dəstək verilməlidir. Azərbaycanda ticarət və startap layihələri sahəsində çox işlər görməlidir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR